Səhiyyənin maliyyələşmə və idarəedilməsində yeni metod tətbiq ediləcək
Tarix: 12.09.2014 | Saat: 17:31:00 | E-mail | Çapa göndər


Azərbaycanda səhiyyənin maliyyələşmə və idarəedilməsində yeni metod tətbiq ediləcək. Bunu Baş nazirin müavini Əli Əhmədov "Azərbaycan" qəzetinə müsahibəsində deyib. Ə.Əhmədov bildirib ki, səhiyyə sahəsində islahatlar aparılır, yeniliklər tətbiq edilir: "İcbari tibbi sığortaya keçid səhiyyə sahəsində ən mühüm islahatdır. Bununla səhiyyə təkcə maliyyələşmənin deyil, həm də idarəetmənin yeni metodunu tətbiq etməyə başlayacaq. Mövcud şəraitdə başlıca göstərici səhiyyə müəssisələrinin (söhbət dövlət səhiyyə müəssisələrindən gedir) mövcudluğu və onların fəaliyyət göstərməsidir. Lakin bu fəaliyyətin keyfiyyəti, səmərəliliyi və nəticəsi həlledici göstərici sayılmır".
Baş nazirin müavinin sözlərinə görə, səhiyyə müəssisəsinin dövlətin ayırdığı vəsait hesabına indiki formada maliyyələşməsi onun fəaliyyətində kreativ yanaşmalara, daha yaxşı xidmət təklif etməyə, vəsaitlərdən səmərəli istifadə etməyə və s. stimul yeri qoymur: "Təqdim olunan xidmətin keyfiyyətindən asılı olmayaraq səhiyyə müəssisəsi ayrılan dövlət vəsaitini alır, həkimlərin və tibb personalının məvacibləri isə vaxtlıvaxtında ödənilir. Nəticədə səhiyyə müəssisəsində bir növ, arxayınçılıq ab-havası yaranır. İcbari tibbi sığortaya keçid bu ab-havanı birdəfəlik sındırır, çünki səhiyyə müəssisəsi göstərdiyi xidmətin kəmiyyətinə və keyfiyyətinə müvafiq olaraq maliyyələşəcək. İndi artıq hər manatı qazanmaq lazım gələcək. Deməli, səhiyyə müəssisəsinin idarə olunması prinsip etibarı ilə dəyişəcək. Xəstəxana rəhbəri yalnız büdcədən ayrılan vəsaiti bölüşdürməklə öz işini bitmiş hesab edə bilməyəcək, əksinə, müəssisənin saxlanılması və məvaciblərin verilməsi üçün vəsait qazanmaq qayğısı ilə yaşamalı olacaq. Ənənəvi “baş həkim” rolu “menecer baş həkim” rolu ilə əvəzlənəcək".
Ə.Əhmədov hesab edir ki, bir çox ölkələr səhiyyə müəssisələrinin fəaliyyətindəki bu dəyişiklikləri xəstəxanaları özəlləşdirmək vasitəsi ilə həyata keçirirlər: "Hesab edirəm ki, Azərbaycanda dövlətin böyük qayğısı nəticəsində səhiyyənin infrastrukturu əsaslı surətdə yeniləşib, müasirləşib, bu səbəbdən də onların özəlləşməsinə ciddi ehtiyac yoxdur. Yaxın gələcəkdə belə bir ehtiyacın yaranacağı da inandırıcı görünmür. Lakin dövlət səhiyyə müəssisələrinin hüquqi mənsubiyyətini dəyişdirmədən onların idarə edilməsində köklü dəyişiklik edilməlidir. Xəstəxanalar özünü maliyyələşdirən hüquqi şəxs kimi fəaliyyət göstərməlidir.
Deyilənlərin fonunda səhiyyə inzibatçılığının sadələşdirilməsi gündəliyə çıxmalı olacaq. İcbari tibbi sığorta bir sıra inzibatı vəsilələri və mənasız inzibati xərcləri lüzumsuz edəcək. Düşünürəm ki, təhsilin regional idarəçiliyində həyata keçirilən islahat və yaradılan idarəçilik modeli tamamilə səhiyyə sahəsinə də tətbiq edilə bilər". Onun sözlərinə görə, icbari tibbi sığorta sistemi istər-istəməz tibbi xidmətlərin optimal qiymətlərinin müəyyən edilməsi tələbini irəli sürür: "Tibbi xidmətləri satan səhiyyə müəssisəsi ilə onu alan icbari tibbi sığorta təşkilatı arasında münasibətlər bu qiymətlər müəyyən edilmədən mümkün deyil. Tibbi xidmətlərin qiymətlərinin müəyyənləşməsi müvafiq müayinə və müalicə standartlarının (protokolların) təsdiq edilməsini nəzərdə tutur. Belə standartlar (protokollar) olmadan müayinə və müalicə həkimin şəxsi qərarı əsasında aparıldığından konkret müayinə və müalicə zamanı heç də lazım olmayan xidmətlərin göstərilməsi, dava-dərmanın təyin edilməsi ehtimalı yüksək olur. İcbari tibbi sığorta zamanı standartlarsız (protokollarsız) müayinə və ya müalicə süni surətdə onların qiymətlərinin şişirdilməsi imkanları yarada bilər. Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunan standartlar həkimlərin fəaliyyətini zəruri bir çərçivə içərisinə salır və lüzumsuz təyinatlar və deməli, qiymətlərin süni surətdə şişirdilməsi imkanları da aradan qaldırılır. Standartların hazırlanıb qəbul edilməsi böyük vaxt və zəhmət tələb etsə də, bunlarsız keçinmək qeyri-mümkündür. Bu sahədə müxtəlif ölkələrdə böyük təcrübə toplanıb, Ümumdünya Səhiyyə Təşkilatının mütəmadi olaraq ayrı-ayrı xəstəliklərin müalicəsi ilə əlaqədar hazırladığı təlimatlar da mövcuddur. Azərbaycanın Səhiyyə Nazirliyində protokolların təsdiq edilməsi sahəsində işlər aparılır. Lakin qeyd etdiyim kimi, bu, əməktutumlu işdir və xeyli vaxt tələb edir".

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info