Bütün şagirdlər pulsuz planşetlə təmin olunacaq
Tarix: 12.09.2014 | Saat: 17:47:00 | E-mail | Çapa göndər


Təhsil Nazirliyinin Tədris resursları şöbəsinin müdir müavini Əsgər Quliyev açıqlamasında deyib ki, Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında qarşıdakı illərdə yeni kurrikulumlara müvafiq dərslik komplektlərinin, o cümlədən elektron dərsliklərin, dərs vəsaitlərinin və resursların hazırlanması və buna əsasən də dərsliklərin hər birinin elektron formada planşetlərdə yerləşdirilməsi nəzərdə tutulub. Onun sözlərinə görə, yaxın gələcəkdə elektron dərsliklərə keçid məsələsi qarşıda dayanır. Bununla bağlı ilk addımların atıldığını deyən Ə.Quliyev qeyd edib ki, nazirlik yeni hazırlanan dərsliklərin hamısının müəlliflik hüququnu öz üzərinə götürüb və onların elektron formaları nəşriyyatlardan alınıb: “Bu da gələcəkdə dərsliklərin elektron formasının hazırlanmasında bizim üçün əlavə resurs olacaq. Qarşıdakı illərdə bütün ümumi məktəb şagirdləri dövlət tərəfindən pulsuz planşetlə təmin olunacaq. Hər bir şagirdin sinfinə uyğun dərsliklər həmin planşetə yüklənəcək”. Nazirlik rəsmisinin sözlərinə görə, dünyanın bir çox inkişaf etmiş ölkələrində artıq neçə illərdir elektron dərsliklərə keçilib və istifadə olunur: “Lakin son illərdə bir çox ölkələrdə həyəcan siqnalı çalınır ki, elektron dərslilərdənsə ənənəvi dərsliklər yaxşıdır. Bu gün dünyada qloballaşma prosesi gedir. Belə bir zamanda müəyyən qrup insanlar elektron dərslikləri istəyir, digər qrup isə elektron dərslikləri dəstəkləyir”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info