“Ağsu” elektrik şəbəkəsində təmir işləri aparılıb
Tarix: 12.09.2014 | Saat: 18:25:00 | E-mail | Çapa göndər


“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, ötürücü infrastrukturun səmərəli fəaliyyətinin təmin edilməsi elektrik enerjisinin istehlakçılara dayanıqlı şəkildə və keyfiyyətlə çatdırılması üçün mühüm şərtdir. Bu məqsədlə digər elektrik şəbəkələrində olduğu kimi, “Ağsu” elektrik şəbəkəsinin (EŞ) də xidməti ərazisində istehlakçıların elektrik enerjisi təchizatının yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər davam etdirilir. Belə ki, elektrik enerjisi ilə təminatda dayanıqlığın daha da möhkəmləndirilməsi məqsədi ilə elektrik verilişi xətlərində və transformator məntəqələrində əsaslı və cari təmir işləri aparılıb. O cümlədən naqillər dartılıb, dayaqlar düzləndirilib, HX-lərin trassası yaşıl kütlədən təmizlənib. Bununla yanaşı, TM-lərin əraziləri otlardan təmiz¬lənib, ilkin yanğınsöndürmə va¬si¬tələrinə baxış keçirilib, inventarların saxlanma qaydaları yox¬lanılıb.
Yenidənqurma və təmir işləri qrafikə uyğun davam etdirilir. Görülmüş və görüləcək işlər şəbəkənin dayanıqlığının daha da möhkəmləndirilməsi ilə yanaşı, digər iqtisadi göstəricilərin, o cümlədən elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısının alınmasında əhəmiyyətli rol oynayır.
Cari ilin iyul ayında müəssisə üzrə 4,6 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib. Bu da ötən ilin müvafiq dövründəki istehlakla müqayisədə 389 min kilovatsaata yaxın çoxdur. İstehlak edilmiş elektrik enerjisinin dəyərinin ödənişi isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 12 faizdən çox artıb. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 181 min kilovatsaatdan çox artaraq 2 milyon kilovatsaata, ödənişdə mütləq artım isə bir faizə yaxın olub.
Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin 7 ayı ərzində müəssisə üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 milyon kilovatsaata yaxın artaraq 27 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 13 faizə yaxın artıb. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 479 min kilovatsaata yaxın artaraq 14,2 milyon kilovatsaata yaxın olub. Ödənişdə mütləq artım isə 4 faiz olub.
Günəş




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info