Tibbi-sosial reabilitasiya sahəsində Litva ilə təcrübə mübadiləsi
Tarix: 12.09.2014 | Saat: 18:45:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti sentyabrın 15-dən 19-dək Litva Respublikasında səfərdə olacaq. Avropa İttifaqının “Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsi üzrə səfərdə məqsəd bu ölkənin tibbi-sosial reabilitasiya sistemi, əlilliyi olan şəxslər üçün yeni reabilitasiya xidməti növlərinin tətbiqi sahəsində təcrübə mübadiləsi aparmaqdır.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədovun başçılıq edəcəyi heyət səfər çərçivəsində Litvanın aidiyyatı dövlət qurumlarının məsul şəxsləri ilə görüşlər keçirəcək. Görüşlərdə əlilliyi olan şəxslərə dair qanunvericilik bazaları, bərpa-müalicə və reabilitasiya sisteminin təkmilləşdirilməsi, reabilitasiyanın tibbi modelindən sosial modelinə keçid prosesi ilə bağlı məlumat mübadiləsi aparılacaq. Nümayəndə heyəti səfər müddətində Litvanın əlilliyi olan şəxslərin peşə reabilitasiyası və əmək qabiliyyətinin bərpası, psixososial reabilitasiya, uşaqların tibbi bərpası və s. üzrə tanınmış müəssisələrinin iş təcrübəsi, sosial reabilitasiya xarakterli praktikalar, habelə belə şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində aparılan işlərlə yaxından tanış olacaqlar.
Qeyd edək ki, adıgedən Tvinninq layihəsində Azərbaycanda əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi sahəsində Fransa, Almaniya və Litvanın müvafiq dövlət qurumları ilə əməkdaşlığın həyata keçirilməsi və müvafiq təcrübə mübadilələrinin aparılması nəzərdə tutulur.

İlkin




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info