Baş nazir “Bakı Ağ şəhər” layihəsi ilə tanış olub
Tarix: 12.09.2014 | Saat: 18:49:00 | E-mail | Çapa göndər


Azərbaycanda rəsmi səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili “Bakı Ağ şəhər” layihəsi ilə tanış olub. Baş nazir İrakli Qaribaşviliyə “Bakı Ağ şəhər” layihəsi haqqında ətraflı məlumat verildi. Layihənin İnkişaf Departamentinin rəhbəri Fuad Verdiyev bildirdi ki, burada şəhərsalma işləri Prezident İlham Əliyevin “2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı” çərçivəsində həyata keçirilir. “Bakı Ağ şəhər”in təməl daşı 2011-ci il dekabrın 24-də Prezident İlham Əliyev tərəfindən qoyulub.
Diqqətə çatdırılıb ki, Bakı buxtasının mərkəzində yerləşən və 221 hektar sahəni əhatə edən, vaxtilə “Qara şəhər” kimi tanınan bu ərazidə yeni inkişaf layihəsinə uyğun olaraq ən müasir və böyük yaşayış mərkəzi yaradılacaq. Burada, həmçinin inzibati binalar, müxtəlif ticarət mərkəzləri tikiləcək, istirahət parkları və yeni yaşayış mərkəzini dənizlə birləşdirən bulvar salınacaq. Eyni zamanda, layihə çərçivəsində köhnəlmiş sənaye obyektlərinin şəhərin hüdudlarından kənara çıxarılması, neft və neft tullantıları ilə çirklənmiş torpaqların təmizlənməsi və geniş abadlıq işləri nəzərdə tutulub.
“Bakı Ağ şəhər”də 9,2 hektar ərazidə yaradılacaq mərkəzi biznes rayonunda ümumilikdə 390 min kvadratmetr tikinti işləri aparılacaq. Bunun 237 min 900 kvadratmetri yaşayış, 85 min 800 kvadratmetri ofis, 66 min 300 kvadratmetri isə ticarət sahəsi kimi nəzərdə tutulur.
Layihənin hazırlanmasında yerli mütəxəssislərlə yanaşı, xarici şirkətlərin əməkdaşları da iştirak edirlər. Bildirildi ki, layihə “MİPİM Asia Awards 2011” müsabiqəsinin “Mərkəzi və Qərbi Asiyada gələcəyin ən yaxşı layihəsi” nominasiyasının qalibi olub, habelə “Cityspace Global 2011” sərgisində “Ən yaxşı şəhərsalma layihəsi” nominasiyasında mükafat alıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info