Paris Azərbaycan Evi Fransada keçirilən forumda
Tarix: 12.09.2014 | Saat: 18:50:00 | E-mail | Çapa göndər


Paris Azərbaycan Evi Fransa paytaxtının nüfuzlu bələdiyyələrindən biri olan Paris 16-ci bələdiyyə dairəsində təşkil olunmuş Assosiasiyalar Forumunda ölkəmizi təmsil edib. Təşkilatın Forumda iştirakı Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi ilə baş tutub. 100-dək nüfuzlu təşkilat, qurum, həmçinin yüzlərlə insanın iştirak etdiyi Assosiasiyalar Forumunda Azərbaycan Evi öz təqdimatı ilə iştirakçıların böyük marağına səbəb olub. Tədbirdə Heydər Əliyev Fondunun nəşr etdirdiyi Azərbaycanın tarixi, mədəniyyəti, incəsənətindən bəhs edən broşürlar, kitablar, milli xalça nümunələri və digər əl işləri nümayiş etdirilib, qonaqlar milli şirniyyatlarımızdan dadmaq imkanı əldə ediblər.
Tədbir zamanı bələdiyyənin mədəniyyət işləri üzrə rəhbəri Henna Sebbah Azərbaycan Evinin nümayəndələrini təbrik edərək, ölkəmizlə yaxından maraqlanıb, gələcəkdə birgə mədəni layihələr həyata keçirmək imkanları haqqında danışıb. Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva isə bələdiyyə rəsmisinə Azərbaycana aid kitab, suvenir və əl işləri təqdim edib. Bu tədbir Azərbaycan Evinə müxtəlif yerli təşkilatlarla tanışlıq və gələcək fəaliyyətində əməkdaşlıq etmək üçün imkanlar yaradıb.


Nigar




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info