Qaçaqmalçılıqla mübarizə üçün beynəlxalq təcrübə öyrənilir
Tarix: 12.09.2014 | Saat: 19:06:00 | E-mail | Çapa göndər


Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində qaçaqmalçılıq hallarının qarşısının alınması mövzusunda təlim kursu sentyabrın 12-də başa çatıb. DGK-dan verilən məlumata görə, ABŞ-ın Narkotiklərə Qarşı Mübarizə İdarəsinin təşkil etdiyi kurs Azərbaycan Gömrük Xidmətinin əməkdaşları üçün nəzərdə tutulub. Təlim kursunda məqsəd Amerika Birləşmiş Ştatlarının beynəlxalq hava limanlarında narkotiklərin qaçaqmalçılığının qarşısının alınması sahəsindəki təcrübəsinin öyrənilməsidir.Tədbirin açılış mərasimində giriş sözü ilə çıxış edən DGK Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Güloğlan Muradlı Azərbaycan gömrüyünün qaçaqmalçılıq hallarına qarşı mübarizəsi və bu sahədə indiyədək aşkar edilən irimiqyaslı faktlar barədə danışıb. Baş İdarənin rəisi qeyd edib ki, belə təlimlərin keçirilməsi və qarşılıqlı təcrübə mübadiləsi qaçaqmalçılıqla mübarizə işinin effektivliyini artırır. ABŞ-ın Narkotiklərə Qarşı Mübarizə İdarəsinin San-Fransisko və Ankara ofisinin mütəxəssisləri tərəfindən keçirilən təlimdə vurğulanıb ki, Azərbaycanın sürətli inkişafı ilə əlaqədar olaraq ölkəyə daxil olan şəxslərin sayı artır və bu da qaçaqmalçılıq hallarının çoxalmasına təsir etməyə bilməz. Amerikalı mütəxəssislər yerli gömrükçülərə qaçaqmalçılıqla mübarizədə yeni üsullar barədə məlumat verib, praktiki məşğələlər keçiblər. Təlim kursunun iştirakçıları qaçaqmalçılıqda şübhəli şəxslərin müxtəlif üsullarla - dindirilmə, sorğu, biletlərin və daşıyıcıların xüsusiyyətlərinə görə müəyyən edilməsi yolları barədə də bilgiləndirilib. Qeyd edək ki, təlimlərin aparılmasına hər iki ölkənin gömrük mütəxəssislərilə yanaşı, Azərbaycan prokurorluq orqanlarının ekspertləri də cəlb edilib. Azərbaycan Respublikası Prokurorluğu tərəfindən təlim iştirakçılarına hüquqi məsələlər, nəzəri və praktiki təcrübə barədə məlumat təqdim olunub. Təlim kursu sentyabrı başa çatdıqdan sonra iştirakçılara sertifikatlar təqdim edilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək
18.03.2019
Övladlığagötürmə ilə bağlı yeni Qaydaların layihəsi hazırlanır
18.03.2019
Aprelin 1-dən yaşa görə müavinətlər 80 faizə yaxın artırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10698

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info