Dövlət Əmək Müfəttişliyi Xidməti karxanalarda qanunvericiliyə əməl olunmasını araşdırıb
Tarix: 12.09.2014 | Saat: 19:22:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən Bakının Qaradağ rayonu ərazisində fəaliyyət göstərən, "Viləş" firmasına və fiziki şəxs Hətəmov Rauf Dadaş oğluna məxsus mişar daşlarının istehsalı sahələrində (daş karxanalarında) əmək qanunvericiliyinə əməl olunması vəziyyətini yerindəcə araşdırılıb. Dövlət nəzarətinin həyata keçirilməsində Sənaye və İqtisadiyyat Nazirliyinin, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əməkdaşları da iştirak ediblər. Araşdırma zamanı həmin daş karxanalarında işçilərin əmək münasibətləri rəsmiləşdirilmədən qeyri-leqal əmək fəaliyyətinə cəlb olunduğu aydın olub. Eyni zamanda mişar daşı istehsal edən avadanlıq və qurğuların işçilərin həyat və sağlamlığı üçün olduqca təhlükəli şəraitdə fəaliyyət göstərdiyi, işçilərin əməyin mühafizəsi üzrə norma və qaydalarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələri, xüsusi geyimlərlə təmin olunmadığı aşkar edilib.
Qeyd olunan hüquq pozuntularına görə Əmək Məcəlləsinin 229-cu maddəsinə uyğun olaraq, daş karxanalarında mişar daşı istehsal edən avadanlıqların fəaliyyəti aşkar edilmiş nöqsanlar aradan qaldırılan vaxtadək dayandırılıb. Bununla yanaşı, işçilərin qanunsuz işə cəlb edilməsi və əməyin mühafizəsi norma və qaydalarının pozulması barədə DƏMX tərəfindən protokol tərtib edilib və müvafiq göstərişlər verilib.
Əmək Məcəlləsinin 215-ci maddəsinə əsasən, müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehlik daşıyır.

İlkin




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Taksidə siqaret çəkməyin!
19.04.2019
“NAR” işçi axtarır
19.04.2019
İşəgötürən əməyin mühafizəsi məqsədilə işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməlidir
19.04.2019
“AccessBank“da vakansiya
18.04.2019
“İşsizin DOSTu” layihəsi 33 mindən çox vətəndaşla əmək müqaviləsi bağlayıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info