Bələdiyyələrlə bağlı maarifləndirici layihə
Tarix: 12.09.2014 | Saat: 19:46:00 | E-mail | Çapa göndər


Əmlak vergisinin dəyərinin bir qədər artırılması bələdiyyələrin maliyyə əsaslarının qüvvətlənməsi üçün əsaslı addımdır. Gədəbəy Bələdiyyə Sədrlər Şurasının rəhbəri Firudin Məmmədov bu fikirdədir. Gədəbəydə bələdiyyə seçkiləri ilə əlaqədar “İnkişafa Doğru İnteqrasiya” İctimai Birliyinin təşəbbüsü ilə keçirilən tədbirdə çıxış edən F.Məmmədov bu rayonda bələdiyyələrin durumu haqqında danışıb. F.Məmmədov təəssüflə bildirir ki, bütün ölkədə olduğu kimi Gədəbəydə də bələdiyyələrin vergi yığımları zəifdir: “Gədəbəy rayonundakı 31 bələdiyyədən yalnız birinin mülkiyyəti tanınıb. Əgər mülkiyyət müəyyənləşsə, daha kadastr və digər texniki sənədlərə ehtiyac olmaz, vətəndaşla birbaşa notariusa gedərsən, bələdiyyələr kimlərinsə əlaltısı olmaz. Bizi seçənlər çox şeylər gözləyir. Amma bələdiyyələrin imkan və səlahiyyətləri bu tələbləri yerinə yetirmək üçün çox məhduddur”.
Şura sədri bildirir ki, son vaxtlar bələdiyyələrə gənclərin marağı artıb. Hətta namizədliyini vermək istəyənlərin əksəriyyəti gənclərdir. Amma bəzən onlar bələdiyyənin mahiyyətini, öhdəliklərini anlamadan bu addımı atırlar: “Gəlib mənə deyirlər ki, namizədliyimi vermək istəyirəm, amma görək-bilək nə qədər maaş alacağıq. Onlara işin əslini deyəndə həvəsdən düşəni də olur”.
Ekspertlər və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə sərhədyanı rayonlarda bələdiyyələrin əhəmiyyəti, onların fəaliyyəti üçün stimullaşdırıcı addımların atılmasının vacibliyi, yerlərdə insanların sosial rifahının yaxşılaşdırılmasında bələdiyyələrin rolundan da söz açıldı.
Müzakirələr zamanı kəndlərdə bələdiyyələrin gənclərə diqqəti artırması təklif olundu. Konkret olaraq kəndlərdə idman zalı, məşq otaqlarının qurulmasının vacibliyi haqqında fikirlər səsləndi. Qeyd olundu ki, rayonun Slavyanka kəndindəki yeganə idman otağında məşq etmək üçün şərait yoxdur. Gədəbəydəki görüş “İnkişafa Doğu İnteqrasiya” İctimai Birliyi tərəfindən icra edilən “Bələdiyyə seçkiləri ilə bağlı əhali arasında maarifləndirmə aparılması” layihəsi çərçivəsində keçirilib. Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan layihə çərçivəsində bir sıra rayonlarda maarifləndirmə görüşlərinin keçirilməsi, seçkilərə dair bukletlərin paylanması, mediada silsilə yazıların dərci nəzərdə tutulub.
Layihənin əsas mahiyyəti ölkə üçün böyük önəm daşıyan bələdiyyə seçkiləri ilə bağlı seçici fəallığını artırılmasına yardım etməkdən ibarətdir. Bu məqsədlə bir sıra rayonlarda, kəndlərdə əhali arasında ictimai müzakirələr təşkil olunacaq, cəlb olunmuş ekspertlərin köməyilə insanlara seçkinin əhəmiyyəti barədə məlumat veriləcək.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info