“Impuls”: “Ukraynaya zərbə endirən Qərbdir”
Tarix: 12.09.2014 | Saat: 20:20:00 | E-mail | Çapa göndər


Keçmiş prezident Vaçlav Klaus təsdiq edir ki, Qərb Ukraynaya zərbə endirib, Rusiya isə buna reaksiya verməyə bilməyib. Onun fikrincə, indi Ukraynada baş verənlər vətəndaş müharibəsidir. Bunun yeganə həll yolunu, o, təmkinli danışıqlarda görür. Klaus bu barədə “Impuls” radiosuna müsahibəsində bldirib. Klaus Ukraynanı süni yolla yaradılmış dövlət adlandırıb. 1945-ci ilə qədər bu ölkənin hissələri Rusiya, Polşa, Çexoslovakiya, daha əvvəllər isə Avstriya-Macarıstanın tərkibində olub. Onun sözlərinə görə, Ukrayna, onun bütövlüyünü təmin edən faktora kəskin ehtiyac duyur: “Bu kövrək və zəif ölkəyə məcazi mənada hər tərəfdən – şimaldan, qərbdən, cənubdan və şərqdən zərbə endirilməsi – onun sonu deməkdir. Mən hesab edirəm ki, Rusiya bunu etməyib. Rusiya lazım gələn addımları tətbiq edir”.
Klausun fikrincə, Ukraynaya “zərbə endirən” Qərbdir: “Bu zərbəni onlar endiriblər. Onlar meydana çıxdılar, nümayişə qalxdılar. Bu isə heç də yaxşı sonluqla bitməyəcək”. Klausun fikrincə, Ukraynada baş verən vətəndaş müharibəsi Ukrayna-Rusiya münaqişəsi deyil: “Bunun Rusya-Ukrayna müharibəsi kimi qəbul edilməsi iftiradır, bunu bizim Qərb mediası uydurur. Bu, mənim üçün dəhşətdir”. Klausun fkrincə, Rusiyaya qarşı sanksiyalar heç nəyi həll etmir: “Onlar keçmişdə də heç nəyi həll etməyib. Məsələn, Kubaya qarşı çoxillik sanksiyalar və İrana qarşı adekvat tədbirlər heç nəyi həll etmədi. Situasiyanı yalnız səbirli danışıqlarla aradan qaldırmaq olar”.

İlkin




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info