Fransa Senatında Azərbaycanla bağlı hesabat geniş marağa səbəb oldu
Tarix: 12.09.2014 | Saat: 21:13:00 | E-mail | Çapa göndər


Fransız senator və deputatların Dağlıq Qarabağa qanunsuz səfərləri pislənildi

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanan "Şərq Tərəfdaşlığı ölkələrində qadın hüquqları: Azərbaycan misalı" adlı hesabatın Brusseldə, Avropa Parlamentində keçirilən təqdimatından sonra, sentyabrın 11-də Fransa senatında da geniş təqdimatı oldu. Fransalı senator Eymeri de Monteskyenin sədrliyi ilə keçirilən təqdimatda Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, millət vəkili Məlahət İbrahimqızı, Azərbaycanının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyov, Fransa senatoru Helene Convay-Mouret, QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Rəna Mirzəzadə, Qadın Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Liqanın prezidenti Anni Süjye, Fransada qadın hüquqlarının qorunmasında ixtisaslaşan QHT-lər, araşdırmaçılar və jurnalistlər iştirak ediblər. Tədbiri açan fransalı senator Eymeri de Monteskye Azərbaycanda qadın hüquqlarından və onların müdafiəsi üçün qanunvericilikdə görülən işlərdən danışdı. Dəfələrlə Azərbaycanda olduğunu deyən senator ölkəmizdə qadın hüquqlarının necə nəzərə alındığının şəxsən şahidi olduğunu dilə gətirdi. Bütün dünyada qadınların maariflənməsinin və təhsil almasının vacibliyini deyən senator Azərbaycanın bu sahədə nailiyyətlər qazandığını vurğuladı. Qadın hüquqlarının müdafiəsi üzrə Beynəlxalq Liqanın Prezidenti xanım Anni Süjye Azərbaycanda qadın hüquqları ilə bağlı hesabatı hazırlamağın səbəbindən danışaraq dedi: “Bu hesabatı hazırlamaq ideyası 2 səbəbdən yarandı. Əhalinin əksəriyyətinin müsəlman olduğu ölkənin dünyəvi olması və qadın hüquqularına Azərbaycanda xüsusi önəm verilməsidir. Tez-tez iqtisadiyyatdan, insan hüquqlarından və demokratiyadan danışılarkən qadın hüquqları unudulur. Qadın və kişi arasında bərabərlik olmadan demokratiya və insan hüquqlarından belə söhbət gedə bilməz. Müasir ölkə olmaq üçün bu vacib şərtdir. Azərbaycn da bu baxımdan bir çox ölkələrə model ola bilər,”- deyə xanım Süjye bildirdi.
Tədbirdə çıxış edən Şura sədri Azay Quliyev rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə iştirakçıları tanış etdi. Ölkəmizin sürətlə inkişaf edən iqtisadiyyatı haqqında danışan millət vəkili A.Quliyev Azərbaycanın siyasi, iqtisadi, mədəni, sosial və digər sahələrdə əldə etdiyi böyük nailiyyətlərindən danışdı. Cənubi Qafqazda istehsal olunan ÜDM-un 80%-nin Azərbaycanın payına düşdüyünü deyən Azay Quliyev ölkədə işsizlik səviyyəsinin 5.2%, yoxsulluğun isə 49 %-dən 5.6%-ə endiyini qeyd etdi. Azərbaycan-Fransa əlaqələri haqqında danışan A.Quliyev bildirdi ki, iki ölkə arasında əməkdaşlıq münasibətləri uğurla inkişaf edir. Şura sədri Strasburqda Azərbaycanın Birinci Xanımı, millət vəkili Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə Strasburq Kafedral kilsəsində aparılan bərpa işlərini, Parisin Luvr muzeyində İslam incəsənəti departamentinin yaradılmasına Azərbaycanın verdiyi töhfəni və Bakıda Fransa məktəbinin inşasını misal çəkərək ölkələrimiz arasında əməkdaşlığın uğurla davam etdiyini dedi. Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinə toxunan A.Quliyev Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi münaqişənin həllində böyük məsuliyyət daşıdığını və münaqişənin 20-ildən çox davam etməsinin region üçün ciddi təhlükə yaratdığını qeyd etdi. Şura sədri BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tezliklə icra edilməsi üçün həmin şuranın daimi üzvü olan Fransanı daha çox səy göstərməyə çağırdı.
Sonda A.Quliyev Fransa Milli Assambleyasının və Senatının 13-dən çox üzvünün Dağlıq Qarabağa qanunsuz səfər etmələrinin Azərbaycanda ciddi narahatlıq yaratdığını və bunun yolverilməz olduğunu bildirdi. Millət vəkili 3 gün öncə ATƏT PA-dakı həmkarı, qurumun vitse-prezidenti fransalı senator Alen Nerinin Dağlıq Qarabağa qanunsuz səfərindən çox üzüldüyünü və onun Azərbaycanın “qara siyahısına” salınacağını bildirdi.
Daha sonra hesabatın müəlliflərindən biri, ərəb ölkələrində qadın hüquqlarının müdafiəsi və təbliğinə dəstək verən fransalı ekspert Patrisia Lalond hesabat haqqında tədbir iştirakçılarına məlumat verdi. Bu ilin əvvəlində Qəbələdki qadınlar üçün dəstək mərkəzinə səfərindən danışan xanım Lalond bu cür mərkəzlərin gələcəkdə Azərbaycanın digər rayonlarında da açılmasının vacibliyini bildirdi.
Xanım Lalond Azərbaycanda olarkən erkən nikahlara və qadınlara qarşı zorakılığı aradan qaldırılması istiqamətində görülən işlərin şahidi olduğunu dedi. “Təmiz Dünya” QHT-də və Bakıda qadınlar üçün olan sığınacaqda keçirdiyi görüşlərdən danışan tədqiqatçı Azərbaycanda bu sahədəki qadın QHT-lərinin fəal iştirak etdiyini vurğuladı. “Təmiz Dünya” QHT-nin Lənkəranda erkən və məcburi nikahların qarşısını almaq məqsədi ilə ailələrdə apardığı maarifləndirmə tədbirlərindən söz açan Patrisiya Lalond bildirdi ki bu cür layihələrin icrası mühüm əhəmiyyət kəsb edir.
Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sədri Hicran Hüseynova çıxış edərək 1998-ci ildə Azərbaycan Prezidenti "Azərbaycanda qadınların rolunun artırılması haqqında" və 2000-ci ildə “Azərbaycanda qadın siyasətinin həyata keçirilməsi” barədə imzaladığı sərəncamlar nəticəsində qadın hüquqlarının təbliği və müdafiəsi ilə məşğul olan qurumun yaradıldığını diqqətə çatdırdı. Xanım Hüseynova Azərbaycanın beynəlxalq konvensiya və sənədləri ratifikasiya etməsini, beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizin üzərinə götürdüyü öhdəliklərin gender bərabərliyinə nail olmasında da kömək olduğunu dedi.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib
14.11.2018
Savelyev: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir”
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info