Rəsmi Moskvadan ABŞ-a xəbərdarlıq
Tarix: 13.09.2014 | Saat: 01:10:00 | E-mail | Çapa göndər


Rəsmi Moskva ABŞ-ın Dəməşq hakimiyyətinin icazəsi və BMT Təhlükəsizlik Şurasının qərarı olmadan “İŞİD” terror təşkilatının Suriyadakı mövqelərinə havadan zərbə endirməsini bu ölkəyə hücum kimi qiymətləndirəcəyini açıqlayıb.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib. Rusiya XİN rəsmisinin sözlərinə görə, prezident Barak Obama ABŞ ordusunun Dəməşq hökumətinin icazəsi olmadan “İŞİD”in hədəflərinə qarşı hücum təşkil edəcəyini açıqlayıb: “BMT Təhlükəsizlik Şurasının qərarı olmadan bu istiqamətdə həyata keçiriləcək əməliyyat digər ölkənin ərazisinə hücum etmək və beynəlxalq hüququn ən kobud şəkildə pozulmasıdır”. Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov da İraq və Suriyada “İŞİD”ə qarşı əməliyyat həyata keçirən ABŞ hərbi təyyarələrinin Suriya lideri Bəşər Əsədə məxsus hərbi birlikləri vurmasından narahat olduqlarını bildirib: “Bizim Suriya torpaqlarında əməliyyatların yalnız “İŞİD”ə qarşı keçiriləcəyinə dair şübhələrimiz var. Bəşər Əsədin mövqeyini zəiflətmək üçün hökumət qüvvələri də bombalana bilər”.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info