“CounterPunch“: “Sem dayı Ukraynanı öldürür”
Tarix: 13.09.2014 | Saat: 01:18:00 | E-mail | Çapa göndər


“Amerikanın müdaxiləsi sülh perspektivlərini məhv edir”
"CounterPunch" yazır ki, Minskdə Rusiya ilə Ukrayna arasında razılığın əldə edilməsi atəşkəsin uğur qazanacağına o qədər də şans vermir: “ Əslində müharibə edən tərəflər arasında keçirilən görüş zorakılığın dayandırılmasına deyil, Ukrayna ordusunun geri çəkilərək, yenidən qurulmasına hesablanmış möhlət kimi nəzərdə tutulub.
Son iki həftə ərzində "fəlakətli" itkilərə məruz qalan ordu prezident Poroşenkonu seçim qarşısında qoyub: ya təklif olunan barışıqla hesablaşmalı, ya da ordunun tam məhvi ilə barışmalı olmalıdır. Poroşenko atəşkəsin örtüyü altında geri çəkilməyə qərar verdi. Amma gəlin, özümüzü aldatmayaq. Poroşenkonun belə bir aşağılamaya getməsi ona dəlalət edir ki, onun artıq başqa bir seçimi yoxdur. Silahlı qüvvələri bir araya gətirərək intiqam almaq üçün geri çəkilmək məcburiyyətində qaldı.
Ukrayna əhalisi arasında aparılan son sorğunun nəticələrinə görə, ölkənin 57 faizi Poroşenko tərəfindən keçirilən qondarma “antiterror əməliyyatı”na qarşıdır. Bununla belə, qardaş qırğınına səbəb olan bu müharibə Vaşinqtonun bölgə üçün hazırlamış planlarının böyük bir hissəsidir. Obama administrasiyası Rusiyanı daha çox davamlı münaqişəyə cəlb etməyə çalışır. Və avropalı müttəfiqlərinə Vladimir Putinin “qlobal təhlükəsizlik üçün ciddi təhlükə olduğunu” sübut etməyə çalışır. Belə bəhanələr Amerika Birləşmiş Ştatlarına NATO bazalarını Rusiyanın qərb sərhədində bərpa etmək və Moskvanın mövcudluğu üçün ciddi təhlükə yaratmaq üçün lazımdır. Belə düşünülmüş qanlı oyunda Poroşenkonun əsas rolu humanitar fəlakəti daha da kəskinləşdirmək, müqaviməti yatırmaq və Putini döyüşlərdə tanklardan istifadə etməyə təhrik etməkdən ibarətdir. Bunula belə, «şokalad kralı» öz ordusunu məhvə təhrik etməklə yanaşı, Amerikanın NATO planını da böhran həddinə gətirir. Məhz bunun nəticəsidir ki, Obama Uels sammitindəki çıxışında bu narazılıqları büruzə vermək məcburiyyətində qalıb. Onun qəzəbli çıxışı, bir növ, atəşkəs sazişini pozmaq üçün nəzərdə tutulub. Hətta Minsk danışıqlarında belə, ABŞ və NATO müxtəlif bəhanələrlə danışıqlar prosesini pozmağa çalışırdı.
Təbii ki, belə bir məqamda ABŞ və NATO-dan kövrək atəşkəsə dəstək göstərəcəyini gözləmək ağılsızlıq olardı. Elə, düşünüldüyü kimi də oldu. Ötən bazar günü NATO-nun iki döyüş gəmisi Bosfor boğazı vasitəsilə Qara dənizə daxil olaraq, bir müddət əvvəl bu regionda qərar tutan amerikan və fransız hərbçilərinə qoşulublar”.
Maraqlı cəhətlərdən biri də ondan ibarətdir ki, Avropa mətbuatında Rusiya barədə deyilən bütün məkrli məlumatlara rəğmən, Avropa xalqı onun Ukraynadakı hazırkı siyasətini dəstəkləyir. Nəhayət, davamlı müharibə 13 illik müharibədən sonra, insanlar arasında Amerika Birləşmiş Ştatları və NATO-ya qarşı dəstək arzusu itirilib. Bu, haradasa, gələcəkdə yaxşı ümidə bel bağlamağa səbəb olmaqdadır.
Ağasəf BABAYEV





 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info