“Bakı 2015” rəsmi dəstəkçisini elan etdi
Tarix: 13.09.2014 | Saat: 01:19:00 | E-mail | Çapa göndər


“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) “Bakı 2015”in rəsmi saytını təkrar istifadəyə vermək məqsədilə “Sitecore” şirkətinin mütəxəssisləri ilə komanda şəklində toplanıb. “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsindən bildiriblər ki, ilk Avropa Oyunlarına getdikcə daha az vaxt qalır.
Bu müddətdə sifarişçinin şərtlərinə uyğun olaraq hazırlanan məzmunun idarə edilməsində və rəqəmsal marketinq texnologiyasında ixtisaslaşan “Sitecore” şirkəti “Bakı 2015”in veb-sayt ilə məşğul olan komandasına dəstək göstərəcək. Şirkət təchizat və sponsorluq haqqında müqavilə imzalayıb və gələn il Azərbaycanın paytaxtı Bakıda keçiriləcək Avropa Oyunları ərəfəsində oyunlarla bağlı məlumatların təmin edilməsi işinin tərkib hissəsinə çevriləcək. “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib ki, birinci Avropa Oyunlarının internetdə geniş şəkildə işıqlandırılması, eyni zamanda, orijinal və yüksək keyfiyyətli məzmundan ibarət innovativ veb-sayta malik olması çox vacibdir. “Sitecore” yüksək standartlara cavab verən veb-saytların yaradılması və idarə edilməsi ilə tanınan dünya şöhrətli şirkətdir. Avropa Oyunlarının veb-sayt ilə məşğul olan komandası üçün “Sitecore” şirkəti tərəfindən göstəriləcək dəstək mühüm əhəmiyyətə malikdir.




 
Bölməyə aid digər xəbərlər
05.04.2020
Bu il Azərbaycanda sahibkarlıqla bağlı Koordinasiya Şurası yaradılacaq
04.04.2020
İşsiz vətəndaşlar üçün 50 min ictimai iş yeri yaradılır
04.04.2020
Azərbaycan ərazisinə giriş-çıxış və yerli hava uçuşları dayandırılıb
04.04.2020
Naxçıvanda döyüş atışlı taktiki təlim keçirilib
04.04.2020
Naxçıvanda təhsil alan əcnəbi tələbələrə ərzaq payı verilib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11496

1 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
2 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
3 Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!
4 İtalyan mətbəxindən “Osso Bucco“-VİDEO
5 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info