“Orta məktəblərdə iş dəftərlərinin istifadəsi məcburi deyil”
Tarix: 13.09.2014 | Saat: 01:28:00 | E-mail | Çapa göndər


Orta məktəblərində istifadə olunan iş dəftərləri dərslik komplektindən çıxarılıb. Təhsil Nazirliyinin Tədris resursları şöbəsinin müdir müavini Əsgər Quliyev deyib ki, iş dəftərləri dövlət tərəfindən maliyyələşdirilmir.
O qeyd edib ki, bu dəftərlər nəşriyyatlar tərəfindən çap olunur və açıq satış yolu ilə yayılır. Ə. Quliyevin sözlərinə görə, ancaq cəmiyyətdə belə bir tendensiya yaranıb ki, bu dərslikləri almağa müəyyən valideynlərin gücü çatmır: “Əslində, həmin iş dəftərləri sadə qələmlə - karandaşla yazılmalı, sonradan silinib yenidən istifadə olunmalıdır. Hər hansı hal cəmiyyətdə narazılıq yaradırsa, onların arzu və istəyi nəzərə alınmalıdır. Ona görə də nazirlik qərara gəldi ki, iş dəftəri dərslik komplektindən çıxarılsın. Dərslik komplektinə dərslik, müəllim üçün metodik vəsait və iş dəftəri daxil idi. Artıq həmin komplektdən iş dəftəri çıxarılıb və dərslik komplektinə yalnız dərslik və müəllim üçün metodik vəsait daxildir. Kim istəyirsə, nəşriyyat çap edibsə, valideyn də istəyirsə, onu alıb istifadə edə bilər. Amma iş dəftərlərinin istifadəsində məcburiyyət yoxdur. Kim istəsə alıb tapşırıqları iş dəftərində, kim də istədə sadə dəftərdə həll edə bilər. Bu, məktəb üçün problemli məsələ deyil”.
Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”
21.09.2018
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info