15 sentyabrda ilk dərs vətənpərvərlik mövzusunda olacaq
Tarix: 13.09.2014 | Saat: 01:30:00 | E-mail | Çapa göndər


Təhsil naziri Mikayıl Cabbarovun müvafiq əmrinə əsasən, 15 sentyabr- Bilik günündə təhsil müəssisələrində ilk dərs vətənpərvərlik mövzusunda olacaq. 2014-2015-ci tədris ilində Azərbaycanda 138 min nəfərdən çox uşağın birinci sinfə gedəcəyi gözlənilir.
Yeni tədris ilində ali təhsil müəssisələrində ilk dəfə olaraq “SABAH” qrupları fəaliyyətə başlayacaq. Ölkənin ali təhsil müəssisələrinin ixtisaslar üzrə seçilmiş 738 ən yaxşı tələbəsi təhsilini bu yeni qruplarda davam etdirəcək. Bu il ilk dəfə olaraq ölkəmizdə maksimum adda və sayda- 271 adda 7,8 milyon ədəd dərslik çap olunub. Dərsliklər artıq bütün məktəblərə çatdırılıb. Qeyd edilən tədris ilində 1692 gənc müəllim ilk dəfə sinfə daxil olaraq öz vəzifələrinin icrasına başlayacaq. Bu müəllimlər təhsil sahəsində ilk dəfə olaraq, “müəllim andı” içdikdən sonra fəaliyyət göstərəcəklər. Orta təhsilini uğurla başa vuran, qızıl və gümüş medallar qazanan 201 məzunun hamısı yeni tədris ilini ali məktəblərin tələbələri sırasında qarşılayacaq.
Nigar




 
Bölməyə aid digər xəbərlər
07.04.2020
Astarada imtiyazlı vətəndaşlara maddi yardım və ərzaq verilib
07.04.2020
Masallıda 1400 nəfər insana ərzaq paylanıb
07.04.2020
Azərbaycanda koronavirusa yoluxanların sayı 717-yə, ölənlərin sayı 8-ə çatıb
07.04.2020
Azərbaycanda daha 76 nəfər koronavirusa yoluxub, bir nəfər vəfat edib
07.04.2020
Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarların qrafikində dəyişiklik edilib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info