Gömrük əməkdaşlarına qaçaqmalçılıqla mübarizənin yeni üsulları öyrədilir
Tarix: 13.09.2014 | Saat: 01:34:00 | E-mail | Çapa göndər


Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində qaçaqmalçılıq hallarının qarşısının alınması ilə bağlı təlim kursu keçirilib.
Komitədən verilən məlumata görə, Azərbaycan Gömrük Xidmətinin əməkdaşları üçün nəzərdə tutulan kursu ABŞ-ın Narkotiklərə Qarşı Mübarizə İdarəsi təşkil edib.
Məqsəd Amerika Birləşmiş Ştatlarının beynəlxalq hava limanlarında narkotik qaçaqmalçılığının qarşısının alınması sahəsindəki təcrübəsinin öyrənilməsidir. Tədbirdə çıxış edən Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi Güloğlan Muradlı Azərbaycan gömrüyünün qaçaqmalçılıq hallarına qarşı mübarizəsi və bu sahədə indiyədək aşkar edilən irimiqyaslı faktlar barədə söhbət açıb. Baş idarənin rəisi qeyd edib ki, belə təlimlər və qarşılıqlı təcrübə mübadiləsi qaçaqmalçılıqla mübarizə işinin effektivliyini artırır. Təlimdə vurğulanıb ki, Azərbaycanın sürətli inkişafı ilə əlaqədar ölkəyə daxil olan şəxslərin sayı artır və bu da qaçaqmalçılıq hallarının çoxalmasına təsir etməyə bilməz. Amerikalı mütəxəssislər yerli gömrükçülərə qaçaqmalçılıqla mübarizənin yeni üsulları barədə məlumat verib, praktiki məşğələlər keçiblər. Kursun iştirakçıları qaçaqmalçılıqda şübhəli şəxslərin müxtəlif üsullarla - dindirilmə, sorğu, biletlərin və daşıyıcıların xüsusiyyətlərinə görə müəyyən edilməsi yolları barədə də məlumatlandırılıb.
Azərbaycan Respublikası Prokurorluğu tərəfindən təlim iştirakçılarına müvafiq hüquqi məsələlər, nəzəri və praktiki təcrübə barədə məlumat təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Azərbaycan nefti bahalaşıb
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info