Rusiya şirkətləri Sumqayıt Kimya Sənaye Parkı ilə maraqlanır
Tarix: 13.09.2014 | Saat: 01:40:00 | E-mail | Çapa göndər


Dünən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Ticarət nümayəndəliyi əməkdaşlarının və Rusiya şirkətləri nümayəndələrinin iştirakı ilə işgüzar görüş keçirilib.
Fonddan verilən məlumata görə, görüşdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitindən, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlərdən, icra olunan dövlət proqramlarından söhbət açıb. İştirakçıları xarici investisiyaların ölkə iqtisadiyyatının qeyri-neft sektoruna cəlb edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumatlandırıb. Rusiya Federasiyasının Azərbaycandakı Ticarət Nümayəndəliyinin sədr müavini Oleq Bikmansurov iki ölkə arasında iqtisadi əlaqələrinin uğurla inkişaf etdiyini, ticarət dövriyyəsinin artdığını diqqətə çatdırıb, işgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin ticarət əlaqələrinin inkişafına mühüm töhfə verdiyini vurğulayıb. O.Bikmansurov Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu qeyd edib. Sumqayıt Kimya Sənaye Parkının direktor müavini Zaur Məmmədov parkda investorlar üçün yaradılmış güzəşt mexanizmləri və xidmətlər, "Təmiz Şəhər" SC-nin idarə heyətinin sədr müavini Etibar Abbasov həyata keçirdikləri layihələr barədə məlumat veriblər.
Görüşdə, həmçinin Azərbaycan İnvestisiya Şirkəti və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri ilə Rusiya şirkətləri arasında əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info