Şəmkirdə “Uğur kolleci” layihəsinin təqdimatı olub
Tarix: 15.09.2014 | Saat: 16:40:00 | E-mail | Çapa göndər


Şəmkirdə yerləşən “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin 1 illiyi qeyd olunub. Mərasimdə Şəmkir rayon rəsmiləri, eləcə də xarici şirkətlərin nümayəndələri, gənclər iştirak edib.
Öncə “Zəka”nın qısa vaxtda əldə etdikləri uğurlar diqqətə çatdırılıb.
Belə ki, ötən bir ildə mərkəzin fəaliyyət istiqamətində - təhsil, yaradıcılıq, media layihələr, eləcə də, intellektual yaradıcılıq sahəsində böyük uğurlara imza atılıb. Bundan başqa mərkəzdə müxtəlif adda fəaliyyət göstərən dərnəklərə Şəmkir və ətraf rayonun gəncləri cəlb olunub. İlk dəfə olaraq Şəmkirdə ölkə birinciliyində iştirak edən şahmatçılar, “Nə? harada? nə zaman?” intellektual oyunları və debat oyunları üzrə rəsmi klublar yaradılıb.
Sonra Şəmkir Heydər Əliyev Mərkəzinin direktoru, Synergy Şirkətlər Qrupunun nümayəndəsi və “Zəka” Gənclər Mərkəzinin tələbələri çıxışlarında mərkəzin kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzu ediblər.
Tədbirdə Şəmkirdə fəaliyyət göstərəcək “Uğur kolleci” layihəsinin də təqdimatı olub. Mark Woodcock– “Pearson Education Limited” şirkətinin əməkdaşı Şəmkirdə “Uğur kolleci” layihəsini təsis etdiklərini bildirib: “Mən çox qürur hissi keçirirəm ki, bizim dünya üzrə 5 min 400-dən çox olan şəbəkəmizə Şəmkir Mərkəzi də qoşulur. Ümid edirəm ki, bu, Şəmkir gəncləri və ictimaiyyəti üçün bir təcrübə və inkişaf imkanı olacaq”.
Tədbirdə qum üzərində rəsm müsabiqəsinin qalibi olan Mərkəzin rəssamlıq dərnəyinin tələbəsi Aysel Aliyeva öz bacarığını əyani şəkildə nümayiş etdirib. Həmçinin Zəka Gənclər Mərkəzinin fəaliyyətini əks etdirən video-çarx təqdim olunub.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezident təqaüdü veriləcək
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info