Ukraynada ATƏT nümayəndələri atəşə tutulub
Tarix: 15.09.2014 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


ATƏT-in müşahidə qrupu Donetskdə çalışan zaman beş mina mərmisi müşahidəçilərin yerləşdiyi yerin yaxınlığında partlayıb. Bu barədə “İnterfaks” ATƏT-in Ukraynadakı xüsusi müşahidə missiyasının məlumatına istinadən xəbər yayıb.
ATƏT-in saytında dərc edilmiş məlumata görə, sentyabrın 14-də yerli vaxtla saat 15:00 radələrində müşahidəçilər qrupu bir qədər əvvəl minaatanlardan atəşə tutulan Putilov bazarına gəliblər. ATƏT nümayəndələri hadisə yerindən 20 metr kənarda həlak olmuş qadının meyitini görüblər.
Məlumatda deyilir: "Müşahidə missiyası gəldikdən az sonra minaatanlardan atəş açılmağa başlayıb, mərmilərdən 4-ü qrupun üzvlərindən 200 metr kənarda partlayıb. Nəticədə qrup bazardan bir kilometr uzaqlaşaraq başqa yerə keçməyə məcbur olub. Lakin 10 dəqiqədən sonra mina mərmisi müşahidəçilərdən təxminən 100 metr məsafədə partlayıb, müşahidəçilər bu rayonu tərk etməyə məcbur olublar".
Dünən şəhər hakimiyyətindən verilən məlumata görə, yerli vaxtla saat 19:00-da Donetskdə vəziyyət gərgin olub, bütün günü atışmalar ara verməyib, evlər dağılıb, dinc sakinlər arasında ölənlər və yaralananlar var.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info