Anjey Kaspşik: “Tərəflərə təkliflər vermişik“
Tarix: 15.09.2014 | Saat: 16:55:00 | E-mail | Çapa göndər


ATƏT Dağlıq Qarabağ münaqişəsi tərəflərinin strukturlaşdırılmış və intensiv danışıqlar prosesində iştirakına ümid edir. Bunu ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik bildirib.
A.Kaspşik qeyd edib: “Ümid edirik ki, münaqişə tərəfləri ATƏT-in fəaliyyətdə olan sədrinin bu ilin əvvəlində regiona səfəri zamanı çağırdığı strukturlaşdırılmış və intensiv danışıqlar prosesində iştirak edəcək”.
Onun sözlərinə görə, bu prosesi irəlilətmək üçün hər bir səy müsbət qiymətləndirilir: “Biz öz tərəfimizdən tərəflərə təkliflər vermişik və strukturlaşdırılmış danışıqlar prosesini başlatmağa çağırmışıq. İndi isə tərəflər bu prosesi irəlilətmək üçün bütün lazımi addımları atmalıdırlar”.
ATƏT rəsmisinin sözlərinə görə, təşkilatın sədrliyi, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri tərəflərin istəyi ilə hər bir köməyi göstərməyə hazırdır.
ATƏT rəsmisi Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Soçidə və Uelsdə keçirilən görüşlərini müsbət qiymətləndirib və Fransa Prezidenti Fransua Ollandın dəvəti ilə prezidentlərin görüşərək dialoqu davam etdirəcəklərinə ümid etdiyini bildirib.
Qeyd edək ki, İsveçrə Konfederasiyasının Prezidenti, ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalter iyunda Azərbaycana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi tərəflərini strukturlaşdırılmış sülh danışıqları aparmağa çağırıb.
ATƏT-in fəaliyyətdə olan sədri, həmçinin sülh naminə mühiti yaxşılaşdırmaq üçün tərəflərə tələb olunan mümkün hər şeyi icra etməyə hazır olduqlarını deyib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10124

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info