Gənc Diplomatlar Birliyi yeni layihənin təqdimatını etdi
Tarix: 15.09.2014 | Saat: 17:30:00 | E-mail | Çapa göndər


Azərbaycan Gənc Diplomatlar Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan- Qazaxıstan xalqlararası münasibətlərin inkişafı prosesində gənclərin rolunun artırılmasını təmin etmək” beynəlxalq layihəsinin və təşkilatın nəzdində yaradılan Analitik Mərkəzin təqdimat mərasimi keçirilib. Tədbirdə Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun gənclər üzrə məsləhətçisi Rahu Qurbanova, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru professor Elman Nəsirov, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev, Prezident yanında Gənclər Fondunun aparıcı məsləhətçisi Mübariz Qədimov və İrəli İctimai Birliyinin sədri Mirhəsən Seyidov iştirak ediblər.
Tədbiri açıq elan edən Gənc Diplomatlar Birliyinin sədri Rafət Əliyev tədbir iştirakçılarını salamladıqdan sonra layihənin əhəmiyyəti haqqında öz fikirlərini bölüşüb. Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun rəhbəri professor Elman Nəsirov çıxış edərək qeyd edib ki, AGDB-nin layihəsi hər iki ölkə gəncləri arasında dostluq əlaqələrinin inkişafında mühüm rol oynayacaq: “Bu gün Azərbaycan-Qazaxıstan arasındakı əlaqələr günü-gündən daha da genişlənir. Gənclər arasındakı münasibətlər inkişaf etdikdə isə bu, cəmiyyətin özünə təsir edir. Bu, iki dövlətin, xalqın münasibətlərinin yeni müstəviyə keçidinə münbit şərait yaradır. Azərbaycan Gənc Diplomatlar Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihələr çərçivəsində tək Azərbaycanda deyil, eləcə də Qazaxıstanın paytaxtı Astana şəhərində də müxtəlif tədbirlərin (dəyirmi masalar, konfranslar və s.) keçirilməsi planlaşdırılır. Hesab edirəm ki, bundan qazanan hər iki tərəf olacaq. Burada Qazaxıstan dövlətinin seçiminin də özünəməxsus əhəmiyyəti var” - deyə o qeyd edib.
Tədbirin sonunda AGDB-nin baş katibi Eltun İbrahimov yaradılan Analitik Mərkəz və təşkilatın yeni saytı barədə auditoriyanı məlumatlandırıb və bildirib ki, bundan sonra Azərbaycan Gənc Diplomatlar Birliyinə üzvlük onlayn formada, yəni saytdakı “təşkilata üzv ol” bölməsində lazımi informasiyaları daxil etməklə həyata keçiriləcək.
Məlumat üçün bildirək ki, Azərbaycan Gənc Diplomatlar Birliyinin “Azərbaycan- Qazaxıstan xalqlararası münasibətlərin inkişafı prosesində gənclərin rolunun artırılmasını təmin etmək” layihəsinin tərəfdaşı Qazaxıstanda fəaliyyət göstərən Heydər Əliyevçi Gənclər Təşkilatıdır.

İlkin




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info