Dövlət Əmək Müfəttişliyi Xidməti “Təhlükəsiz iş həftəsi”elan edib
Tarix: 15.09.2014 | Saat: 17:34:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) sentyabrın 15-dən 21-dək “Təhlükəsiz iş həftəsi” elan edib. Bu barədə DƏMX-nin rəisi Fuad Əlizadə məlumat verib. Xidmət rəisi vurğulayıb ki, iş yerlərində əmək qanunvericiliyinə əməl olunmasına, əməyin mühafizəsi normalarının tətbiqinə dövlət nəzarətinin gücləndirilməsi istiqamətində DƏMX tərəfindən son vaxtlarda həyata keçirilən tədbirlər bu sahədə müsbət meyllərin formalaşmasına, işəgötürənlərdə bu məsələlərlə bağlı sosial məsuliyyətin güclənməsinə səbəb olub: “Bununla belə, istehsalatda baş verən bədbəxt hadisələr, ümumən əldə olunan məlumatların təhlili göstərir ki, heç də bütün iş yerlərində əməyin mühafizəsi qaydalarına lazımınca əməl olunmur və iş yerlərində işçilərin həyat və sağlamlığının mühafizəsinə biganə münasibət göstərilməsi halları hələ də mövcuddur. Digər tərəfdən, əmək qanunvericiliyinə, əməyin mühafizəsi normalarına riayət olunmasına dövlət nəzarəti ümumi iş yerlərinin hamısını deyil, müəyyən bir qismini əhatə edir”.
F.Əlizadə bildirib ki, qeyd olunanlar nəzərə alınmaqla, DƏMX bütün işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına, əməyin mühafizəsi sahəsində mövcud nöqsanların aradan qaldırılmasına nail olmaq, işəgötürənlərin işçilərin həyat və sağlamlığının mühafizəsinə diqqətini artırmaq məqsədi ilə “Təhlükəsiz iş” həftəsi elan edib. Həftə ərzində DƏMX-in əməkdaşları aidiyyatı dövlət və qeyri-dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə iş yerlərində, xüsusən tikinti və istehsalat sahələrində əməyin mühafizəsi qaydalarına və normalarına əməl olunması vəziyyətini yerindəcə araşdıracaqlar.
Xidmət rəisi araşdırmalar zamanı aşkar edilən nöqsan və çatişmazlıqların aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görüləcəyini də bildirib: “İşçilərin həyat və sağlamlığı üçün təhlükə törədən əmək şəraitinin mövcud olduğu iş yerlərində işlər təhlükəsiz əmək şəraiti yaradılanadək dayandırılacaqdır. Həftə ərzində işəgötürənlər və əmək kollektivləri arasında müvafiq mövzuda təbliğat-məlumatlandırma işləri də aparılacaqdır”.

İlkin








 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info