İstanbul- Türkiyə Azərbaycan Dərnəyi bir həftəlik Azərbaycanda səfərdədir
Tarix: 15.09.2014 | Saat: 17:47:00 | E-mail | Çapa göndər


Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin 96-cı ildönümü münasibəti ilə "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyi Gəncə şəhərində tədbir keçirib. Bu barədə Birlikdən verilən məlumata görə tədbir çərçivəsində Azərbaycan- Türkiyə qardaşlığına həsr olunan ədəbi- bədii gecə təşkil olunub. Gecədə İstanbul- Türkiyə Azərbaycan Dərnəyinin sədri Səfər Karakoyunlunun rəhbərlik etdiyi 18 nəfərlik nümayəndə heyəti və Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov başda olmaqla bir qrup Kəlbəcər ziyalısı iştirak ediblər. Tədbirin təşkilatçıları “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai birliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və İstanbul- Türkiyə Azərbaycan Dərnəyi olub.
İlk öncə Kəlbəcər Rayon icra Hakimiyyətinin başçısı Aqil Məmmədov qonaqları salamlayaraq tədbirin təşkilatçılarına dərin təşəkkürünü bildirdi. Qeyd etdi ki, Qafqaz İslam Ordusu Azərbaycan- Türkiyə hərbi əməkdaşlığının təməlini qoyub: " Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi bizim üçün böyük tarixi və xüsusi əhəmiyyət kəsb edir. 15 Sentyabrda Bakının düşmənlərdən azad edilməsinin Azərbaycanın müstəqilliyi qədər böyük tarixi əhəmiyyəti vardır. Biz inanırıq ki, Türkiyə- Azərbaycan birliyi bundan sonra daha da möhkəmlənəcək və bu münasibətlər əbədi olacaqdır. Bu gün Azərbaycan-Türkiyə dostluğu yüksələn xətlə inkişaf edir. Türkiyə Respublikasının Prezidenti cənab R.T.Ərdoğanın Azərbaycana səfəri çərçivəsində möhtərəm prezidentimiz cənab İlham Əliyevlə keçirdiyi yüksək səviyyədə görüşlər bu qardaşlıq, dostluq münasibətlərinin möhkəm təməllər üzərində qurulmasının bariz nümunəsidir."
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Qurbanov isə çıxışında bildirdi ki, tarix boyu ermənilər Azərbaycanlılara qarşı soyqırım siyasəti aparıb. Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, bir milyondan artıq vətəndaşımız öz evlərindən, ata-baba yurdundan didərgin düşüb. 1993-cü ilin aprelində Qardaş Türkiyə dövləti tarixi Azərbaycan torpağı olan ata yurdum Kəlbəcərin işğalının ardından Ermənistanla sərhədləri bağlamışdır. Belə taleyüklü məsələdə Türkiyə və Azərbaycan dövlətlərinin ortaq mövqe ortaya qoyması Ermənistanı çıxılmaz vəziyyətə salıb. Qarabağ problemi həll olunmayana qədər sərhədlərin açılmayacağını dəfələrlə bəyan edən Türkiyə müxtəlif siyasi təziqlərə baxmayaraq Azərbaycanın yanında olduğunu bu gün də göstərir".
Türkiyə Respublikasının Gəncəyə yeni təyin olunan Baş konsulu Orhan İşık isə çıxışında fəaliyyətinin ilk gününün belə bir möhtəşəm tədbirlə başladığını gələcək uğurlarının təməli hesab etdiyini söyləyib. “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin genişmiqyaslı layihələrindən məlumatlı olduğunu deyən diplomat, görkəmli el sənətkarı, Azərbaycan Aşıq poeziyasının parlaq simalarından olan Aşıq Şəmşirinin yaradıcılığını yüksək qiymətləndirib. O, həmçinin Türkiyə- Azərbaycan qardaşlığının bundan sonra da ən yüksək səviyyədə olacağına əminliyini ifadə edib.
Daha sonra tədbirdə İstanbul- Azərbaycan Dərnəyinin sədri Səfər Karakoyunlu çıxış edib. O bildirib ki, rəhbərlik etdiyi təşkilatın əsas məqsədi Türkiyə və Azərbaycan arasında mövcud olan dostluq, qardaşlıq və həmrəylik bağlarını daha da gücləndirməkdir: "İstanbul Türkiyə Azərbaycan Dərnəyi 2011-ci ildə “Bir millət, iki dövlət” şüarı ilə qurulub. Fəaliyyətimiz çərçivəsində Dərnəyimizin təsisçiləri, yazıçılar, sənətçilər və iş adamları ilə birgə bir həftəlik Azərbaycanda səfərdə olacağıq. Məqsədimiz Azərbaycanın tarixi yerlərini və mədəniyyət abidələrini ziyarət edərək onları Türkiyə və dünya ictimaiyyətinə tanıtmaq, Azərbaycanın Türkiyə və Dünya dövlətləri ilə olan əlaqələrinin güclənməsinə töhfə verməkdir. Azərbaycanın Dünyada əsas səslərindən biri olmaq bizim müqəddəs məqsədlərimizdən biridir".
Qonaq Gəncə şəhərindəki yeni Baş konsul Orhan İşıkla keçirdiyi görüşdə Azərbaycan- Türkiyə əlaqələri- mədəni, iqtisadi aspektlərin müzakirə edildiyini, mövcud əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıldığını vurğuladı. O qeyd etdi ki, Baş konsul da belə görüşlərin xalqlarımız arasında dostluq- qardaşlıq əlaqələrinin möhkəmlənməsində əhəmiyyətli olduğunu vurğulamışdır.
Səfər Karakoyunlu bu gün rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Gəncənin tarixi yerləri olan Nizami məqbərəsini, qala qapılarını, Cümhuriyyət muzeyini, Cavad xan türbəsini, Göygöl rayonunda isə Aşıq Şəmşirin abidəsini ziyarət etdiyini diqqətə çatdırdı. S. Karakoyunlu onu da vurğuladı ki, səfər proqramı çərçivəsində bu həftə ərzində Bakı, Salyan və Qubada keçiriləcək tədbirlərdə iştirak edəcək, o cümlədən Şamaxıdakı Türk şəhidliyini, Qubadakı Soyqırım abidəsini və kütləvi məzarlığı da ziyarət edəcəklər. Bakıda isə şəhərin görməli yerlərini, xüsusilə İçərişəhəri gəzməklə yanaşı ilk olaraq Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını, Türk şəhidliyini ziyarət edəcək, buradakı abidələr önünə əklil və gül dəstələri qoyacaq, onların ruhlarını yad edəcəklər.
Sonda mərasim el sənətkarlarının, musiqi qruplarının rəngarəng çıxışları ilə davam edib. Əməkdar mədəniyyət işçisi, tanınmış aşıq Ədalət Dəlidağlının biri- birindən gözəl saz ifaları və folklor nümunəsi olan “Maral oyunu” türkiyəli qonaqların böyük marağına səbəb olub.

Nigar








 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info