Gəncənin su və kanalizasiya şəbəkəsi tamamilə yenidən qurulacaq
Tarix: 15.09.2014 | Saat: 17:50:00 | E-mail | Çapa göndər


Gəncə şəhərində Azərbaycan hökumətinin Almaniya İnkişaf Bankı (KfV) və İsveçrənin SECO təşkilatı ilə birgə maliyyələşdirdiyi “Açıq Kommunal İnfrastruktur Proqramı” layihəsi çərçivəsində inşa edilmiş Göygöl-Gəncə magistral su xəttinin açılışı olub. Açılış mərasimində çıxış edən baş nazirin müavini Abid Şərifov Azərbaycanda həyata keçirilən içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının prioritet məqsədlərdən olduğunu bildirib. Baş nazirin müavini Abid Şərifov Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 38 şəhər və rayon mərkəzində su və kanalizasiya layihələrinin uğurla icra edildiyini diqqətə çatdırıb və bu sahədə beynəlxalq maliyyə qurumları, o cümlədən Almaniya İnkişaf Bankı ilə əməkdaşlığı yüksək qiymətləndirib: “Azərbaycan hökuməti 1994-cü ildən Almaniya İnkişaf Bankı ilə əməkdaşlıq edir və bu müddətdə bank tərəfindən müxtəlif layihələrə, o cümlədən su təchizatı və kanalizasiya sektoruna kredit və qrant ayırıb. Gəncə və Şəki şəhərlərinin içməli su və kanalizasiya infrastrukturu Almaniya bankının krediti hesabına həyata keçirilir. Qarşıdakı bir neçə ildə Azərbaycanın ikinci böyük şəhəri Gəncənin su və kanalizasiya şəbəkəsi tamamilə yenidən qurulacaq və şəhər əhalisi keyfiyyətli içməli su ilə təchiz olunacaq”.
Gəncə şəhər icra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhərin içməli su təchizatının yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə şəhər sakinləri adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib və bu layihənin şəhərin sosial-iqtisadi inkişafına töhfə verəcəyin qeyd edib.
Almaniya parlamentinin İqtisadi əməkdaşlıq komissiyasının sədri Dagmar Vöhrl iki ölkə arasında əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini və Almaniya tərəfinin bundan sonra da Azərbaycandakı layihələrə sərmayə yatıracağını söyləyib.
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini Teyyub Cabbarov Gəncə şəhərində istehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə kompleks işlərin həyata keçirildiyini bildirib.
Qeyd edək ki, Azərbaycan hökumətinin Almaniya İnkişaf Bankı və İsveçrənin SECO təşkilatı ilə birgə maliyyələşdirdiyi “Açıq Kommunal İnfrastruktur Proqramı” Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur.
Layihəyə uyğun olaraq Gəncə şəhərində 2011-ci ilin sentyabr ayında tikinti işlərinə başlanılıb. Birinci mərhələdə su mənbələrinin bərpası və magistral su xətlərinin çəkilişi nəzərdə tutulub. Gəncə şəhərinin relyefi və perspektiv inkişafı, həmçinin əhalinin tələbatı nəzərə alınaraq 3 su mənbəyi – Göygöl, Qızılqaya və Şəmkirçay su anbarı seçilib.
Layihəyə uyğun olaraq Göygöl mənbəyində məhsuldarlığı saniyədə 200 litr olan drenaj sistemi bərpa edilmiş, həcmi 4000 kubmetr olan 1 ədəd su anbarı inşa edilib və mənbədən şəhərə qədər 24,5 km uzunluğunda magistral kəmər çəkilib.
Ötən müddətdə Qızılqaya mənbəyində də bərpa işləri həyata keçirilib, 1 ədəd 2000 kubmetrlik su anbarı tikilib, 9,5 km anbarlararası su xətləri çəkilib. Ümumi həcmi 10 min kubmetr olan 2 ədəd yeni su anbarının tikintisi isə yekunlaşmaq üzrədir.
Gəncə şəhərinin içməli su tələbatının təxminən 60 faizi Şəmkirçay su anbarından təmin ediləcək. Anbardan götürüləcək su 27,5 km uzunluğunda magistral kəmərlə Qızılqaya ərazisində inşa edilən və sutkalıq məhsuldarlığı 17 min kubmetr olan sutəmizləyici qurğuya ötürüləcək.
Su mənbələri və magistral xətlərin yenidən qurulması ilə paralel Gəncə şəhərində içməli su və kanalizasiya şəbəkələrinin tikintisinə də başlanılıb. Layihəyə əsasən, şəhərdə 576 km uzunluğunda paylayıcı su şəbəkəsi yaradılacaq. Artıq içməli su xəttinin 42 km-lik hissəsi tikilmiş və 644 ünvana birləşmə verilib. Eyni zamanda 119 çoxmənzilli binada 7000 abunəçi ön ödənişli smart-kart sayğaclarla təmin olunub, şəhərin müxtəlif küçə və məhəllələrində 67 ədəd yanğın hidrantı quraşdırılıb.
Şəhərdə tikintisi nəzərdə tutulan 582 km uzunluğunda kanalizasiya xəttinin 43 km-lik hissəsində işlər başa çatdırılıb, 2021 baxış quyusu tikilib. Tullantı sularının təmizləyici qurğuya özüaxımlı rejimdə ötürülməsi üçün 45 km uzunluğunda kanalizasiya kollektorunun tikintisi nəzərdə tutulur. Gələcəkdə Gəncə şəhərində yaranacaq tullantı suları yeni tikiləcək çirkab sutəmizləyici qurğuda təmizlənərək zərərsizləşdiriləcək.
Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsindən 450 min nəfər (2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla) faydalanacaq.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info