“Azərbaycanda türk şəhidlərinin olması ilə yanaşı, Çanakkalada da azərbaycanlılar şəhid olublar“
Tarix: 15.09.2014 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


“Türkiyə və Azərbaycanı ortaq tarix birləşdirir”. Bunu Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqun Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunmasının 96-cı ildönümü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı bildirib.
Səfirin sözlərinə görə, tarix hər zaman göstərib ki, Azərbaycan və Türkiyə ən çətin anlarda belə bir-birinə hər cür dəstək veriblər.
Türkiyəli diplomat bildirib ki, hazırda Azərbaycanın bir çox yerlərində şəhid məzarlıqları mövcuddur ki, bu da qardaşlığımızın bariz nümunəsidir. Səfirin sözlərinə görə, hazırda Türkiyə şəhidlərinin məzarlarına sahib çıxmaq asandır, lakin unutmayaq ki, sovet dövründə bu, belə deyildi.
Diplomat qeyd edib: "Azərbaycanda türk şəhidlərinin olması ilə yanaşı, Çanakkalada da Azərbaycan qardaşlarımız şəhid olublar".
Qeyd edək ki, 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunmuş, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.
Qafqaz İslam Ordusu Bakının azad olunması üçün aparılan döyüşlərdə min 130 şəhid verib.
Hazırda Azərbaycanın Bakı, Şəki, Şamaxı, Göyçay, Kürdəmir, Neftçala şəhərlərində türk şəhidlərinin məzarlıqları və onların xatirəsinə ucaldılmış abidələr var.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
25.09.2018
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info