Tovuzda imkansız ailələrin uşaqlarına sosial xidmətlər göstərilir
Tarix: 15.09.2014 | Saat: 18:26:00 | E-mail | Çapa göndər


Tovuz Günərzi Qayğı Mərkəzinin rayon ictimaiyyəti, yerli QHT-lər və KİV-lər üçün təqdimetmə mərasimi keçirilib. Təqdimetmə mərasimində “Sosial hüquqların araşdırılması” İctimai Birliyinin sədri, layihə meneceri Mayis Əliyev, Tovuz rayon icra hakimiyyəti başçısının müavini Təranə Bayramova, Tovuz rayon gənclər və idman şöbəsinin rəisi Sahib Əsgərov, Tovuz rayon Qovlar şəhəri inzibati ərazi üzrə rayon icra hakimiyyəti başçısının nümayəndəsi Oruc Binnətov, Tovuz rayon icra hakimiyyətinin baş məsləhətçisi Nərgiz Məmmədova, Tovuz rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin baş məsləhətçisi Asif Rəhimov və valideynlər adından Fikrət Mürsəlov çıxış edərək layihənin mahiyyətindən, rayon üçün əhəmiyyətindən və gələcək prespektivlərindən danışıblar. Valideynlər bu layihənin Tovuzda təşkil olunduğu üçün minnətdarlıqlarını bildiriblər. Qeyd edilib ki, layihənin əsas məqsədi Ermənistanla həmsərhəd bölgədə yerləşən Tovuz rayonunda uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsidir.
Qeyd edək ki, Mərkəz, “Sosial hüquqların araşdırılması” İctimai Birliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ayırdığı vəsait əsasında həyata keçirdiyi “Tovuz rayonunda uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzinin yaradılması və fəaliyyəti” adlı layihə çərçivəsində yaradılıb. Mərkəzdə 3-12 yaş arası çətin həyat şəraitində olan 30 uşağa gün ərzində sosial xidmətlər göstərilir və onların bacarıqlarının inkişafı üçün təlimlər keçirilir. Həmin uşaqlar gündə 2 dəfə yeməklə və yataqla təmin edilirlər. Mərkəzdə uşaqların təlim-tərbiyəsi və fərdi inkişafı ilə 16 nəfər işçi heyət məşğul olur.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info