Ağsuda yeni məktəb binaları istifadəyə verilib
Tarix: 15.09.2014 | Saat: 18:58:00 | E-mail | Çapa göndər


Bilik günündə Ağsu rayonunun Muradlı və Dilman kənd tam orta, Keçdəməz kənd ümumi orta məktəblərinin hər biri üçün 80 şagird yerlik yeni tədris ocağı istifadəyə verilib.
Hər 3 bina dövlət vəsaiti hesabına inşa olunub. İkimərtəbəli binalarda tədrisin yüksək səviyyədə təşkili üçün bütün lazımi şərait yaradılıb. Geniş və işıqlı sinif otaqları, fənn kabinetləri və laboratoriyalar, kompyuter otaqları, konfrans zalı, qış idman zalı və s. bütün zəruri avadanlıqlarla təchiz edilib.
Yeni məktəb binalarının istifadəyə verilməsi münasibətilə hər 3 kənddə təntənəli mərasimlər keçirilib. Rayon rəhbərlərinin, təhsil şöbəsi işçilərinin, ziyalıların, kənd sakinlərinin və digər qonaqların qatıldıqları mərasimlərdə çıxış edənlər ölkəmizdə həyata keçirilən təhsil islahatlarından, Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısından danışıblar.
Mərasimlərdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmləndirilməsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətlərindən də ətraflı bəhs ediblər. Qeyd olunub ki, təkcə birinci və ikinci dövlət proqramlarının icrası müddətində Ağsuda 3980 şagird yerlik 19 məktəb üçün yeni binalar tikilib istifadəyə verilib. Bu binalardan da 1640 şagird yerlik 9 tədris ocağı məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub.
Çıxış edən kənd sakinləri, müəllim və şagirdlər yeni binalar təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ümumdünya Dağ Yəhudiləri Konqresi: “Azərbaycan multikulturalizm, tolerantlıq və dinlərarası dialoq nümunəsidir”
21.11.2018
Neftçalada tikilən modul tipli 7 məktəb binasında işlər ilin sonunadək başa çatacaq
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info