Dmitri Roqozin: “Rusiya və Azәrbaycanın müştәrәk müәssisәlәr yaratmasının vaxtı çatıb”
Tarix: 15.09.2014 | Saat: 19:10:00 | E-mail | Çapa göndər


“Rusiya hazırda Azәrbaycanın istehsal etdiyi mәhsullara ehtiyac duyur vә bunun üçün ölkənizin әlavә resursları var”

Sentyabrın 15-dә Bakıda Azәrbaycan vә Rusiya arasında iqtisadi әmәkdaşlığa dair hökumәtlәrarası komissiyanın 14-cü iclası keçirilib. Baş nazirin birinci müavini Yaqub Eyyubov uzun fasilәdәn sonra hökumәtlәrarası komissiyanın iclasının keçirilməsini müsbət dəyərləndirib: "Әminәm ki, Rusiyanın belә geniş tәrkibdә Azәrbaycana gәlәn nümayәndә heyәti ilә danışıqlar ikitәrәfli әmәkdaşlığa böyük tәkan verәcәk. Bu gün Azәrbaycan Prezidenti ölkәlәrimiz arasında gәlәcәk inkişafın istiqamәtlәrini qeyd etdi vә bizim münasibәtlәrә yüksәk qiymәt verdi".
Qeyd edilib ki, Rusiya daim Azәrbaycan üçün әn yaxın dost vә qonşu ölkәdir. Biz daim bir yerdә yaşamış vә әmәkdaşlıq etmişik. Dünyanın bu mürәkkәb vaxtlarında da daim bir yerdә olmalıyıq. Biz birlikdә hәmişә güclü olacağıq. Rusiya qüdrətli vә zәngin tәbii sәrvәtlәrə malik ölkәdir.
Son vaxtlar ölkәlәrimiz asında әlaqәlәrin daha da intensivlәşdiyini bildirən Rusiya Baş nazirinin müavini Dmitri Roqozin məlumat verib ki, bugünkü iclasda iki ölkә prezidentlәri arasında әldә edilәn razılaşma әsasında qaldırılan mәsәlәlәr müzakirә olunacaq: “Bu mәsәslәlәr çox geniş sahәlәri әhatә edir. Rusiya iqtisadiyyatının çәtin dövrlәr yaşadığı bir vaxtda ölkələrimiz daha da yaxınlaşır. Hazırda Azәrbaycan iqtisadiyyatı sürәtlә inkişaf edir vә onun mәhsulları Rusiya bazarlarına çıxarılır. Artıq müştәrәk müәssisәlәrin yaradılması vaxtı çatıb. Bu müәssisәlәr hәm kәnd tәsәrrüfatı, hәm dә sәnaye sahәlәrini әhatә edә bilәr. Bu gün biz Azәrbaycan Prezidenti tәrәfindәn qaldırılan enerji mәsәlәlәri üzrә yüksәk işçi qrupunun yaradılmasını da müzakirә edәcәyik". Rusiya Baş nazirinin müavini diqqətə çatdırıb ki, 2013-cü ildә ölkәlәrimiz arasında әmtәә dövriyyәsi 3,6 milyard dollar tәşkil edib. Bu ilin yanvar-iyul aylarında isә həmin göstәrici 2,2 milyard dollar olub: “Rusiya hazırda Azәrbaycanın istehsal etdiyi mәhsullara ehtiyac duyur vә bunun üçün ölkənizin әlavә resursları var”.
Anar




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
Moskvada Azərbaycanın Rusiyadakı səfirinin Çeçenistanın məsul nümayəndələri ilə görüşü olub
19.02.2019
YAP Pirallahı rayon təşkilatı sədrinin 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə dair hesabatı
19.02.2019
İqtidarın qazandığı hər bir uğur müxalifətin siyasi iflasını sürətləndirir
19.02.2019
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri təyin edildi - səfir vəzifəsindən geri çağırıldı
18.02.2019
İbrahim Öztek: “Xocalı soyqırımı nankor bir cəmiyyətin xəyanətkar hücumunun son halqasıdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info