Bu il ilk tələbələrini qəbul edən akademiya
Tarix: 15.09.2014 | Saat: 19:50:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyası bu il ilk tələbələrini qəbul edib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən imtahanlarda yüksəl bal toplamış 35-i oğlan, 5-i qız olmaqla, ümumilikdə 40 tələbə akademiyaya qəbul olunub.
Bu gün Akademiyada bakalavr səviyyəsində tədris prosesinə başlaması və “Bilik Günü” münasibətilə tədbir keçirilib.
Dövlət gömrük komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev tədbirdə çıxış edərkən deyib ki, tələbələr akademiyada hüquqşünas və iqtisadiyyat ixtisasları üzrə təhsil alacaqlar.
Onun sözlərinə görə, akademiyada ali məktəbin işi üçün lazım olan bütün infrastruktur qurulub. Bu təhsil ocağında yüksək təhsil vermək üçün Azərbaycan və xarici ölkələrdə tanınmış təhsil ocaqlarını bitirmiş professional müəllim heyəti formalaşdırılıb.
S. Mehdiyev bildirib ki, akademiyada müasir təhsil standartlarına uyğun tədris proqramları tətbiq edilib.
Bundan başqa, proqramlaşdırma və İT peşəkar mütəxəssislərinin iştirakı ilə ölkədə ilk dəfə olaraq akademiyada tədris prosesində elektron idarəetmə sistemi tətbiq olunub. Bu sistem vasitəsilə tədris prosesi daha da səmərəli planlaşdırılacaq və idarə olunacaq. Keçilən fənlər ümumiyyətlə, elmin müxtəlif məsələləri üzrə fikir mübadiləsi tələbələr arasında yaradılan virtual şəbəkə əsasında həyata keçiriləcək.
Qeyd edək ki, tədbirin sonunda Akademiyanın təşkilində xidmətləri olan bir qrup şəxs “Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə” döş nişanı ilə təltif olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək
18.03.2019
Övladlığagötürmə ilə bağlı yeni Qaydaların layihəsi hazırlanır
18.03.2019
Aprelin 1-dən yaşa görə müavinətlər 80 faizə yaxın artırılacaq
16.03.2019
Məhkum edilmiş bir sıra şəxslər əfv olundu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10698

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info