Naxçıvanda miqrasiya xidməti ilə bağlı tədbirlər görülür
Tarix: 15.09.2014 | Saat: 20:24:00 | E-mail | Çapa göndər


Babək rayonunun Cəhri kəndində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının iştirakı ilə maarifləndirici tədbir keçirilib. Yığıncağı xidmətin rəis müavini Elnur Məmmədov açaraq miqrasiya xidməti sahəsində muxtar respublikada görülən işlərdən ətraflı söhbət açıb, bu cür maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin baş inspektoru Rahib Kərim¬ov bildirib ki, Azərbaycan Respublikasında 3 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi həmin şəxsin ölkəyə gəldiyi vaxtdan 3 gün ərzində onun olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və pasportunun surətini müvafiq icra hakimiyyəti orqanına elektron poçt vasitəsilə və ya şəxsən təqdim etməlidir. Ərizə daxil olduqdan sonra Dövlət Miqrasiya Xidməti dərhal əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barədə məlumatları Vahid Miqrasiya Məlumat Sisteminə daxil etməklə onu olduğu yer üzrə qeydiyyata alır və bu barədə 1 iş günü ərzində müraciət edən şəxsə məlumat verir.
Qeyd olunub ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yerdən getdikdə qəbul edən tərəf və ya şəxs özü bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir. Bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılırlar. Qeydiyyat müddəti başa çatdıqda isə həmin şəxslər qeydiyyatdan çıxarılmış hesab edilir, olduqları yeri dəyişdikdə isə qanunla müəyyən olunmuş qaydada həmin yerdə qeydiyyata alınmalıdırlar.
Tədbirin sonunda iştirakçıları maraqlandırılan suallar cavablandırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info