MTN-in Heydər Əliyev adına Akademiyasında Bilik Günü qeyd olunub
Tarix: 15.09.2014 | Saat: 20:46:00 | E-mail | Çapa göndər


Yeni tədris ilinin başlaması ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında da 15 Sentyabr - Bilik Günü qeyd olunub.
MTN-in İctimai Əlaqələr Mərkəzindən verilən məlumata görə, əlaçı kursantlar tərəfindən təntənəli surətdə dövlət bayrağı qaldırıldıqdan sonra dövlət himni səsləndirilib.
Tədbirdə Akademiya rəisinin birinci müavini, general-mayor Şahin Sultanov professor-müəllim heyətini və kursantları yeni tədris ilinin başlanması münasibətilə təbrik edib.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş və onun adını şərəflə daşıyan akademiya fəaliyyətə başladığı ilk gündən onun milli mənafelərə əvəzsiz xidmət ideyalarını, zəngin irsini yaşadan, qoruyub saxlayan və öyrənən, yeni nəsil zabitləri Azərbaycançılıq ruhunda tərbiyə edən və yetişdirən xüsusi təyinatlı ali təhsil müəssisəsidir. Hazırda dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı, milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudovun gündəlik nəzarəti və tələbkarlığı sayəsində akademiyada təhsilin keyfiyyətinin yüksəldilməsi üçün mütəmadi olaraq planlı şəkildə tədbirlər həyata keçirilir, tədris bazası və xidməti şərait daha da təkmilləşdirilir, bu elm ocağı durmadan inkişaf edir, şəxsi heyət yaradılmış şəraitdən maksimum səmərəli istifadə edərək daim yüksək nəticələrə nail olur.
Akademiya rəisinin birinci müavini yaxşı oxumaq, əməliyyat işinin və hərbçi peşəsinin sirlərinə dərindən yiyələnmək, hər an torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanın əmrinin icrasına hazır olmaq üzrə nazir Eldar Mahmudovun tövsiyə və tapşırıqlarını bir daha kursantlara çatdırıb.
Xüsusi təyinatlı ali təhsil müəssisəsi olan Akademiyada yaradılmış yüksək şəraitə, daimi diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudova Akademiyanın rəhbərliyi və şəxsi heyəti adından dərin minnətdarlıq bildirilib.
Tədbirin sonunda kursantlar yeni biliklərə yiyələnmək üçün marş sədaları altında tribunanın önündən keçərək auditoriyalara yollanmış və Akademiyada tədris prosesinə başlanılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info