“Dünya birliyini İŞİD-in mövqelərinə havadan zərbələr endirməyə çağırırıq”
Tarix: 15.09.2014 | Saat: 20:54:00 | E-mail | Çapa göndər


Parisdə “İraqda təhlükəsizlik və sülh” mövzusunda beynəlxalq konfrans başlayıb.
“Anadolu” agentliyinin verdiyi xəbərə görə, konfrans zamanı ABŞ, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Danimarka, Türkiyə, Hollandiya, İraq, İngiltərə, İspaniya, İtaliya, Kanada, Qətər, Küveyt, Livan, Misir, Norveç, Rusiya, Səudiyyə Ərəbistanı, Oman, Bəhreyn, Yaponiya, İordaniya, Ərəb Ölkələri Liqası, Avropa İttifaqı və BMT nümayəndələri İŞİD-ə qarşı mübarizə planını müzakirə edəcəklər.
Konfransın açılışında çıxış edən İraq prezidenti Fuad Məsum ölkəsinin tarixin ən qorxunc terrorçu qruplaşması ilə üzləşdiyini bildirib. O qeyd edib ki, İŞİD üzvləri onlar kimi düşünməyən hər kəsə ağır işgəncələr verirlər və qətlə yetirirlər.
“Dünya birliyini İŞİD-in mövqelərinə havadan zərbələr endirməyə çağırırıq”, - deyə o vurğulayıb.
Fransa prezidenti Fransua Olland isə bildirib ki, sammitin başlıca məqsədi İŞİD-lə mübarizədə İraq hökumətinə lazımi dəstək verməkdir: "Vaxt itirmək olmaz, bölgə humanitar yardıma möhtacdır. Qadın və uşaqların daha çox zərər çəkməməsi üçün dəqiq addımlar atılmalıdır”.
Avropalıların İŞİD-ə qoşulmasına gəldikdə isə Fransa prezidenti gənclərin aldadılaraq bu cür qruplaşmalara qoşulmasının qarşısının alınmasının vacibliyini vurğulayıb. F. Olland həmçinin qeyd edib ki, Suriya müxalifətinə və Liviyaya dəstək veriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir
17.01.2019
Xaricdəki soydaşlarımız 20 Yanvar şəhidlərinin ildönümünü qeyd edirlər
17.01.2019
Dünyada robotlar işlədən ilk hotel onlardan imtina edir
17.01.2019
Şahmat ömrü uzadır
17.01.2019
Tereza Mey Böyük Britaniyanın baş naziri postunu qoruyub saxlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info