Laçın məktəbliləri “Bilik günü”nü qeyd ediblər
Tarix: 15.09.2014 | Saat: 21:14:00 | E-mail | Çapa göndər


Azərbaycanda məktəblərdə dərslərin başladığı gün kimi qeyd edilən 15 sentyabr - “Bilik günü” ölkədəki bütün təhsil ocaqlarında qeyd olunur. 15 sentyabr- “Bilik günü” Laçın Rayon 19 nömrəli tam orta məktəbdə də təntənə ilə qeyd olunub. Tədbiri açan məktəbin direktoru Şakir Rzayev “Bilik günü” münasibəti ilə məktəbin kollektivini və şagirdləri təbrik edib, ölkəmizdə təhsilə göstərilən qayğı və diqqətdən danışıb. Daha sonra çıxış edən məktəbin müəllimləri, valideynlər yeni dərs ilində birinci sinfə qədəm qoyan şagirdləri təbrik ediblər. Sonda şagirdlərin iştirakı ilə ədəbi-bədii kompozisiya nümayiş olunub.
Qeyd edək ki, 2004-cü ilə qədər “Bilik günü” sentyabrın 1-nə təsadüf edirdi. Lakin prezident İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb və beləliklə, həmin gün Bilik Günü elan edilib.
Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə 2013-2014-cü tədris ilindən başlayaraq ümumtəhsil müəssisələrinin V-XI siniflərində ilk dərs “Mənim Vətənim - doğma yurdum” mövzusuna həsr olunacaq.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info