“Deutsche Welle”: “Şotlandlar müstəqilliyə səs versələr, nə baş verəcək?”
Tarix: 15.09.2014 | Saat: 21:20:00 | E-mail | Çapa göndər


“İspaniya, Belçika və digərləri qorxur ki, şotland presedenti onların ərazi bütövlüyünə xələl gətirəcək”

Sentyabrın 18-də şotlandlar referendumda müəyyən edəcəklər ki, onlar Britaniya Krallığının tərkibində qalırlar, yoxsa müstəqillik əldə edirlər.Bu isə300 ildən artıq birliyi dağıdacaq bir təhlükə deməkdir. Bu barədə Almaniyanın “Deutsche Welle” qəzetində müəlliflər Şven Pele və İrina Şpakovskaya yazırlar. Qeyd edilir ki, sentyabrın 18-də müstəqillik barədə keçirilən referendum 300 illik eraya son qoya bilər. Bəs şotlandlar Birləşmiş Krallığın tərkibindən çıxmağa səs versələr, nə baş verər?
Qəzet bunun Şotlandiya və Avropa üçün nə ilə nəticələnəcəyi barədə araşdırma aparıb.
Qeyd edilir ki, oktyabrın 18-də keçiriləcək referendum yalnız Şotlandiyanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının tərkibindən çıxması ilə bağlıdır.
Əgər müstəqilliyə səs verilsə, müstəqilliyin elan olunması çox yubanmayacaq. Onun təxminən, 2016-cı ilin 24 martında elan olunacağı gözlənilir. Buna qədər isə şotlandları keçid dövrü gözləyir. Onlar bu müddət ərzində çoxlu siyasi və iqtisadi məsələləri həll etməlidirlər.
Bəs müstəqil Şotlandiya Avropa Birliyi və NATO-nun üzvü olacaqmı? Əgər Şotlandiya Böyük Britaniyanın tərkibindən çıxsa, onda 2016-cı ilin martında Avropanın xəritəsində yeni dövlət ortaya çıxacaq. Avropa Birliyinin üzvü olmaq üçün Şotlandya prosedurları yenidən keçməlidir. Bu, həm də NATO-ya üzv olmağa aiddir.
Bəs Avropa üçün Şotlandiyanın müstəqilliyi nə deməkdir? Bir çox Avropa ölkələri qarşıdakı referendumla bağlı əndişələnirlər. Digər britaniyalılardan fərqli olaraq şotlandlar həmişə daha çox Avropa əhval-ruhiyyəsi ilə çıxış ediblər. Onların müstəqillik əldə etməsilə, Britaniyada avroskeptiklərin mövqeyi güclənmiş olacaq. Yeri gəlmişkən, Birləşmiş Krallıq vəd edib ki, 2017-ci lə qədər Avropa Birliyinin tərkibindən çıxacaq. Şotland seçicilərinin – 4 milyon səsinin itirilməsi Avropa Birliyinin əleyhdarlarının yararlanması üçün mühüm məqam olacaq. Həmçinin Şotlandiyaın bu hərəkəti digər separatçı hərəkatlar üçün siqnal olacaq. İspaniya, Belçika və digərləri qorxur ki, şotland presedenti onların ərazi bütövlüyünə xələl gətirəcək. Bundan başqa, Britaniyadakı
Şimali İrlandiya da adekvat addım ata bilər.
2016-cı ilə qədər Şotlandiyanın pul vahidi funt sterlinq olacaq. Keçid dövründən sonra isə London qəti bəyan edib ki, Şotlandiya ilə valyuta ittifaqı olmayacaq.
Eyni zamanda Şotlandiyanın baş naziri Aleks Salmond deyib ki, funtu əsas valyuta qismində saxlamaq niyyətindədir”.
Qeyd edilir ki, o da ola bilər ki, şotlandlar Avropa Birliyinə daxil olandan sonra avro əsas valyuta olsun və ya yeni valyuta ortaya çıxarsınlar.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Bu gün 21 ölkədə Avropa Parlamentinə seçkilər keçirilir
26.05.2019
Fransada “sarı jiletlər“in aksiyasında 12,5 min insan iştirak edib
26.05.2019
Bu gün Litvada prezident seçkilərinin ikinci turu keçiriləcək
26.05.2019
İran ABŞ-ı “gizli“ silahla hədələyib
26.05.2019
Tramp Meyin istefasından danışdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info