C.Cəfərov: “Məqsədimiz ATİ-ni dünyanın tanınan və nüfuzlu ali təhsil ocağları ailəsində görməkdir”
Tarix: 15.09.2014 | Saat: 21:22:00 | E-mail | Çapa göndər


Sentyabrın 15-də Azərbaycan Turizm İnstitutunda yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirilib. ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov 2014-2015 tədris ilinin başlannası münasibəti ilə “Bilik günü”nü Turizm İnstitutunda sevinclə qeyd edənləri, xüsusilə 1-ci kursa qəbul olan tələbələri və onların valideynlərini təbrik etdi. Rektor C.Cəfərov müraciət- çıxışında 8 yaşlı ATİ-nin ictimai fikirdə müsbət imicinin formalaşmasında müəllim və tələbə heyətinin öz vəzifə borcuna ciddi münasibətindən, Mədəniyyət və Turizm Nazirliyinin, ölkə rəhbərliyinin böyük qayğı və dəstəyindən danışdı. ATİ ailəsi adından ölkə Prezidenti İlham Əliyevə təşəkkür etdi. C.Cəfərov daha sonra bildirdi ki, “15 sentyabr Azərbaycanın hər yerində Bilik günü kimi qeyd edilir: “Hər bir dövlət öz təhsilinə böyük diqqət və qayğı ilə yanaşır. Ölkəmizdə Bilik gününün əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu bir faktdır ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra onun müstəqil düşünən gəncləri, müstəqil təfəkkürə malik insanları formalaşmağa başladı. Buna isə ancaq güclü təhsillə nail olmaq mümkündür. Bu baxımdan ölkəmizdə təhsilə diqqət daim artır. Ölkə başçısı İlham Əliyev respublikanın təhsil sistemini, onun maddi-texniki bazasının gücləndirilməsini, bu sahədə beynəlxalq əlaqələrin formalaşmasını, yeni təhsil ocaqlarının yaranmasını hər zaman diqqətində saxlayır. İqtisadiyyatın ən gəlirli sahələrindən biri dedikdə, ilk növbədə turizm sənayesi düşüncəmizə hakim kəsilir. Azərbaycanın coğrafi mövqeyini, iqlimini, təbiətini, ləziz mətbəxini bir anlığa nəzərdən keçirdikdə bu sahənin ölkəmizdə nə qədər potensiallı olduğunu görürük. Sadalanan amillər səbəbindən dövlətimiz turizmin inkişafına böyük diqqət və qayğı göstərir. Bunun ən bariz nümunəsi isə Azərbaycan Turizm İnstitutunun yaradılması və fəaliyyətidir. Hər sahədə olduğu kimi, turizmin inkişafı da orada çalışan insanlardan asılıdır. ATİ qarşısına qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməyə ciddi səy göstərir. Məqsədimiz yaxın gələcəkdə ATİ-ni dünyanın tanınan və nüfuzlu ali təhsil ocağları ailəsində görməkdir. Bir daha qeyd edim ki, 9 ildir biz bu doğma məkanda təhsildən sonrakı ömürlərini turizmə bağlamaq istəyən tələbə kontingenti ilə Bilik gününü qeyd edirik”.
Bildirildi ki, 200 tələbə, 3 ixtisasla 2006-cı ildə fəaliyyətə başlayan bu ali məktəbə 2014-2015 tədris ilində bakalavr səviyyəsində 11 ixtisas üzrə 398 nəfər gənc- onlardan 330 nəfəri azərbaycan, 49 nəfəri rus, 19 nəfəri isə ingilis bölməsinə daxil olub. Qəbul olunanların 36 faizi 400-dən yuxarı bal toplayıb. ATİ-yə qəbul olan bu ilki orta məktəb məzunlarından 3 nəfər- Tərcümə ixtisası üzrə Xanım Mayılova 626 bal , Günel Əliyeva 612 bal, Turizm otelçilik ixtisası (ingilis dili bölməsi) üzrə Cəlal Cəlalzadə 613 bal toplayıb. Rektor qeyd etdi ki, indiyədək 5 məzun buraxılış olub: “Azərbaycanda ilk dəfə ATİ ikili diplom verən təhsil proqramına imza atıb. Bundan əlavə, institutumuz təhsil, təcrübə, təlim, tədqiqat istiqamətli beynəlxalq proqramlarda da uğurla iştirak edir. Davamlı səylərimizin başlıca məqsədi məhz tələbə-məzunlarımızın karyera qazanmalarına təkan verməkdir. Neçə-neçə məzunumuz artıq ölkəmizin sanballı turizm sənaye müəssisələri və Bakıda fəaliyyət göstərən 5 ulduzlu hotellərin işçi heyətində rəhbər vəzifələrə təyin olunublar. Bəzilərinin isə xarici ölkələrdəki turizm sahəsində fəaliyyətlərindən ürəkaçan xəbərlər alırıq. Onu da deyim ki turizm sənayesinin ixtisaslı kadrlara ehtiyacı o qədərdir ki, bundan sonra da məzunlarımızın işlə bağlı problemləri olmayacaq. Amma daha yaxşı mövqelərə sahiblənmək üçün hamının səylə çalışmalarına ehtiyac var”. C.Cəfərov çıxışının sonunda tələbələri, müəllimləri və institutun bütün kollektivini yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi. Birinci kursun tələbələrinə həyatlarının yeni mərhələsində uğurlar arzuladı.
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov bu il tələbə adını qazanan gəncləri təbrik edərək bildirdi ki, Azərbaycanda turizmin inkişaf etdirilməsi dövlətin strateji xəttinin tərkib hissəsidir: “Turizm İnstitutu bu sahəni ixtisaslı kadrlarla təmin etmək məqsədilə yaradılıb. Yaddan çıxarmayaq ki, qeyri neft sektorunun dinamik inkişafı turizm üzrə yüksək ixtisaslı kadr hazırlığının təxirəsalınmaz vəzifə olduğunu bizlərə hər zaman diqtə edir”. N. Səmədov bu il ATİ-yə yüksək balla qəbul olunan 3 nəfər gəncə tələbə biletini təqdim etdi və təhsildə uğurlar arzuladı.

Nigar Abdullayeva









 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info