Kürdəmirdə daha bir orta məktəb binası istifadəyə verilib
Tarix: 15.09.2014 | Saat: 21:54:00 | E-mail | Çapa göndər


Yeni istifadəyə verilən Kürdəmir rayonundakı Mürtülü kənd tam orta məktəbində 15 sentyabr-"Bilik Günü" münasibətilə geniş tədbir keçirilib. Yeni məktəb binasının açılışına həsr olunmuş tədbirdə Bayram Məmmədov adına Mürtülü kənd tam orta məktəbinin direktoru Binyət Abdullayev çıxış edərək son illər rayonda təhsilin inkişafı istiqamətində qazanılan uğurlardan geniş söhbət açıb. Direktor təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən genişmiqyaslı işlərə görə Prezident İlham Əliyevə pedaqoji ictimaiyyət adından dərin minnətdarlığını bildirib.
Bildirilib ki. yeni istifadəyə verilmiş 180 şagird yerlik Mürtülü kənd tam orta məktəbi istilik sistemi ilə təchiz edilib, sinif otaqları, fənn kabinetləri, kompüter otaqları, laboratoriyalar, yeməkxana, idman zalı və kitabxanalar müasir səviyyədə qurulub.
Sonra məktəbin 11-ci sinif şagirdi Şamilə Abışova, müəllim Həqiqət Muradova, Mürtülü kəndinin ağsaqqalı Təvəkkül Qubadov çıxış edərək kənddə təhsilin inkişafı üçün yaradılmış yüksək şəraitə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Mərasimdə rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov çıxış edərək yeni məktəbin açılışı münasibətilə kənd sakinlərini təbrik edib.
Sonda mərasim iştirakçıları yeni istifadəyə verilən məktəb binasının fənn kabinetlərində, kompüter otağında, idman zalında, sinif otaqları və kitabxanada şagird və müəllimlər üçün yaradılmış şəraitlə tanış olublar.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info