“Dünyanın ən güclü komandalarını məğlub etməkdən zövq alırıq”
Tarix: 15.09.2014 | Saat: 23:47:00 | E-mail | Çapa göndər


"Real"la matçda Dieqo Simeone məni 90 dəqiqə oynatmaq istəmədi. Çünki bundan sonra hələ sıx təqvimdə oynayacağımız yeddi önəmli görüşümüz var. "Atletiko"da kimin hansı matçda oynayacağı əvvəlcədən bəllidir. Madrid derbisində hücumda olduğumuz epizodda qol vuracağıma inanırdım. Ona görə də də Raul Qarsiyaya ötürmə vermədim və fərqləndim".
Bu sözləri "Atletiko"nun futbolçusu Arda Turan İspaniya La Liqasında "Real"la matçda komandasının qələbə qolunu vurduğu oyundan sonra deyib. Türk yarımmüdafiəçi bildirib ki, "Atletiko" artıq Avropanın ən güclü komandaları arasında yer alır: "Barselona"ya 8 oyundur uduzmuruq. "Çelsi" və "Milan" kimi bir çox Avropa klubuna qalib gəlmişik. Bu da bizim Avropanın ən yaxşı komandalarından olduğumuzu sübut edir. "Atletiko"da heç bir futbolçu oyuna görə mükafat qazanmır. Maddi cəhətdən heç nə itirmədiyimiz üçün özümüzü komandaya sərf edirik. Dünyanın ən güclü komandalarını məğlub etməkdən zövq alırıq. Çox çalışırıq və buna görə də uğurlar əldə edirik".




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı
18.09.2018
Azərbaycan üzgüçüsü dünya kubok yarışlarında qızıl medal qazanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info