“Bir əsgər kimi ermənistanlı rəqibimi məğlub etməliydim”
Tarix: 15.09.2014 | Saat: 23:50:00 | E-mail | Çapa göndər


Özbəkistanın paytaxtı Daşkənddə böyüklər arasında güləş üzrə Dünya Çempionatı başa çatıb.
Çempionatın sonuncu günündə keçirilən yunan-Roma güləşi yarışlarında bürünc medala sahib olan güləşçimiz Rəsul Çunayev həlledici görüşdə ermənistanlı rəqibini 23 saniyə ərzində tam üstünlüklə məğlubiyyətə uğradıb və qələbəsini yenə özünəməxsus qeyd edib. Yarış haqqında təəssüratlarını bölüşən Rəsul Çunayev bir əsgər kimi erməni rəqibini məğlub etməli olduğunu bildirib: “Bu, bizim ilk görüşümüz deyildi. Bundan əvvəl Tehranda keçirilən Dünya Kuboku yarışlarında da Varşam Boranyan ilə qarşılaşmışdıq və mən 9:0 hesabı ilə qalib gəlmişdim. Onda əsgər deyildim. İndi bir əsgər kimi erməni rəqibimi məğlub etməliydim. Buraya çempionluq üçün gəlmişdim. Ancaq bəzi məqamlar buna mane oldu. Bakıda keçirilən Beynəlxalq “Qızıl Qran-Pri” turnirinin final mərhələsindən sonra məni hərbi xidmətə çağırdılar. Buna görə də Dünya Çempionatına bir həftə qalmış məşqlərə qoşula bildim. Burada ikinci görüşdən sonra tam bərpa ola bilmədim, türkiyəli idmançı ilə görüşə vaxtından əvvəl çağırdılar, ona görə də məğlub oldum. Daha çox çalışmalıyam ki, gələn ilin çempionu olum”.




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
“Yuventus“dan Türkiyə millisinin üzvünə təklif
23.05.2019
Riberi yenidən “Qalatasaray“da?
23.05.2019
Erməni idmançılar Bakıda
23.05.2019
Məşhur qapıçı karyerasını bitirdi
23.05.2019
Gimnastlarımız Rusiyada qızıl medal qazandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info