Prezident təqaüdçüsü: “Dövlət başçısının dəstəyini doğrultmalıyıq”
Tarix: 16.09.2014 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


680 balla ADA Universitetinə daxil olan Mikayıl Mikayıllı:
“Təqaüdə layiq görüldüyümü eşidəndə, bütün ailəmiz çox sevindi. Bu, bir tələbə kimi dövlətin bizə həm mənəvi, həm də maddi dəstəyidir”


Bu il bakalavriat səviyyəsində 100 minə yaxın abituriyentin iştirak etdiyi qəbul imtahanlarında 1727 nəfər abituriyent yüksək nəticə göstərərək 600 və daha yuxarı bal toplayıb. Azərbaycanın ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Prezidentin 9 sentyabr 2014-cü il sərəncamı ilə qəbul imtahanlarında ən yüksək bal toplamış 102 nəfər Prezident təqaüdünə layiq görülüb. Yüksək nəticə göstərənlər respublikanın, demək olar, bütün şəhər və rayonlarını, o cümlədən bəzi kənd məktəblərini də təmsil edir. Müsahibimiz Səbail rayonundakı 91 saylı orta məktəbin məzunu 680 balla ADA Universitetinə daxil olan, Prezident təqaüdünə layiq görülən Mikayıl Mikayıllıdır:

“Bu gün iş yerlərində artıq kadrlar yaxşı biliyinə, bacarığına görə seçilir. Buna görə də indiki gənclər bunu nəzərə almalıdırlar. Mən də bir gənc kimi layiqli bir kadr kimi yetişəcəyimə söz verirəm”

- Mən 1997-ci ildə Bakıda anadan olmuşam. 2003-cü ildə Səbail rayon 91 nömrəli orta məktəbə getməyə başlamışam. Məktəbi əlaçı bitirmişəm. 2014-cü ildə məktəbi bitirib qəbul imtahanlarının nəticələrinə əsasən ADA Universitetinə daxil olmuşam.
- İmtahan prosesi necə keçdi?
- İmtahan özü yüksək səviyyədə keçdi. Suallar çox rahat idi. Hər halda proqramdan kənara çıxılmamışdı. Bəzi suallarda çox çətinlik çəkirdim. Ümumiyyətlə, imtahan yaxşı keçdi, ədalətli idi, yəni mən imtahan prosesində baş verənlərdən tam razıyam. Çətin də olsa yenə də uğurlu nəticələr əldə etdim. Bu baxımdan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına da öz təşəkkürümü bildirirəm. İmtahanların obyektivliyinin nəticəsidir ki, bu gün mənim kimi bir çox abituriyent tələbə adını qazanıb. TQDK bizim həqiqətən də biliyimizi qiymətləndirir. Şahidi oluruq ki, biliyi olan abituriyentlər nəticə də əldə edə bilirlər. Bu il də bir çox abituriyent 600-dən çox bal toplayıb. Belə bir bal toplamaq bizim üçün çox sevindiricidir. Düzdür imtahana hazırlaşma forması məktəblərin səviyyəsi ilə bəzi problemlər var.
- Keçmiş abituriyent kimi təhsildə hansı problemlərin aradan qaldırılmasını istərdin?
- Mənim fikrimcə hər il təhsilin vəziyyəti haqqında müəyyən müraciətlər olur. Şəxsən mənə görə təhsili kifayət qədər yüksəltmənin çox asan 2-3 həlli var ki, bu islahatlar dərsdə keçirilsə təhsil 2 dəfə daha yaxşı olar. Məsələn, ötən il belə bir statistika açıqlanmışdı ki, 11-ci sinifdə aparılan monitorinqlərdən sonra məlum olub ki, 11 uşaq əlifba bilmir. Bu çox mənfi haldır. Bəs onlar niyə görə 11- ci sinfə qədə gəlirlər? Mən dərslərimi oxumuşam. Hər zaman 5 almışam. Məsələ dərsləri oxumaqdan getmir. Söhbət dərsləri oxumamaqdan gedir. Azərbaycanda dərsi oxumaq üçün təşviqedici hal olmasa da, ya da çox az olsa da dərs oxumamaq üçün səbəblər qurtarmır. Bilirsiniz, bu məktəbin problemi deyil. Mən məktəbə çox şey borcluyam. Onların mənim təhsilimdə köməyi çox olub.
Ən sadəsi, bütün siniflər üzrə mərkəzləşmiş qaydada ildə 4 dəfə sınaq keçirərdim. Məktəblərdə olmasa da xüsusən sinif otaqlarından telefonun kökünü kəsərdim. Çox yox, müəyyən qədər vəsait ayırmaqla hər şagird üçün balaca qovluq ola bilər ki, şagirdlər (yalnız çox uzaqda yaşayanlar və şəxsən valideynin xüsusi ərizəsi sayəsində ki, bu uşağın doğurdan da telefona ehtiyacı var) qovluqlar yaradılsın. Məktəbə gələrkən hər kəs birmənalı şəkildə telefonu o qovluqlara qoysun. Sinfə heç kəs qəti formada telefon aparmasın. Sinifdə şagirdin əlində telefon görüldüsə iyuna qədər qaytarılmasın. Ya da ən yaxşı halda 100 manat cərimə olsun. Çünki telefon təhsilin 1-ci düşmənidir. Tez-tez xəbər verilmədən qəflətən məktəbə müfəttişlər gəlsin. Telefonları yoxlamaq üçün birbaşa siniflərə girsinlər. Onda sistemimiz hərtərəfli inkişaf edər. Təbii ki, başqa da artırmaq olar, amma mənim gördüyüm və düzəltmək istədiyim məsələ budur. Bunlar düzəlsə hər şey daha da yaxşı olacaq.
- İxtisasınla bağlı danış...
- İxtisasımı seçmədim. Universitetlər barədə məlumat aldıqdan sonra Azərbaycanda yeganə mənim standartlarıma uyğun olan universitetin ADA olduğuna qərar verdim. Orda da daha cəlbedici yeganə ixtisas Biznesin İdarə edilməsi idi. Ola bilsin xaricə də getdim.
- Gələcəkdə təhsilini harada davam etdirmək istərdin?
- Xaricdə təhsillə bağlı İngiltərəyə getmək istəyərdim. Bunun bir səbəbi də odur ki, mən futbol fanatıyam. Bu baxımdan İngiltərədə mənim üçün həftə sonu əsl futbol festivalı olacaq.
- Boş vaxtlarında nə ilə məşğul olursan?
-Boş vaxt tapa bilmirəm. Düzünə qalsa, kitab oxumağı boş vaxt olaraq yox, əlavə məşğuliyyət olaraq seçirəm. Amma universitetə yeni başladığım üçün hələ ki, kitab oxumağa vaxt tapa bilmirəm. Boş vaxtım olanda sosial şəbəkələrdən istifadə edirəm.
- Bugünlərdə ölkə başçısının sərəncamı ilə Prezident təqaüdünə layiq görülən tələbələrdən biri də sizsiniz. Bu bir tələbə üçün nə dərəcədə önəmlidir?
- Bəli. Bugünlərdə mən də Prezident təqaüdünə layiq görüldüm. Eşidəndə yalnız mən deyil, bütün ailəmiz çox sevindi. Bunun üçün ilk növbədə ölkə başçısına təşəkkürümüzü bildiririk. Bu, bir tələbə kimi dövlətin bizə həm mənəvi, həm də maddi dəstəyidir. Mənəvi baxımdan dövlətimizin bizi, gəncləri dəstəklədiyini hiss edirik. Maddi baxımdan təbii ki, hər bir tələbənin dəstəyə ehtiyacı var. Biz də dövlət başçısının dəstəyini doğrultmalıyıq. Dərslərimizi yaxşı oxuyub, peşəmizə daha dərindən yiyələnməliyik. Yüksək ixtisaslı kadr kimi Vətənimizə xidmət etməliyik. Bu gün ölkədə iqtisadiyyatımız inkişaf edir. Məhz bu baxımdan ölkəmizə bu sahədə yüksək ixtisaslı kadrlar lazımdır. Yaxşı təhsil alan hər bir tələbə gələcəkdə yaxşı kadr deməkdir. Bu gün təbii ki, iş yerlərində kadrlar yaxşı biliyinə, bacarığına görə seçilir. Buna görə də indiki gənclər bunu nəzərə almalıdırlar. Mən də bir gənc kimi, layiqli bir kadr kimi yetişəcəyimə söz verirəm.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info