“ARDNŞ Qaz Emalı Zavodunu bərpa etməyəcək”
Tarix: 16.09.2014 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


“Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Qaz Emalı Zavodunu yenidən bərpa etmək niyyətində deyil”. Bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib. Şirkət rəhbəri deyib ki, Qaz Emalı Zavodunu bərpa etmək iqtisadi baxımdan əlverişli deyil:
“Zavod çox köhnədir”. Qeyd edək ki, Qaz Emalı Zavodunda “Azneft” İB-də hasil olunmuş təbii və səmt qazları emal edilir. Zavodun istehsal olunmuş məhsullarına təmizlənmiş qaz, maye qaz və qaz benzini aiddir. 2010-cu ildə müəssisədə 4,030 mlrd. kubmetr təmizlənmiş qaz, 24,8 min ton maye və 26,7 min ton qaz benzini istehsal olunub . Rövnəq Abdullayev dünya bazarında neftin qiymətinin 90 dollar ətrafında tərəddüd etməsinə də münasibət bildirib. R Abdullayev jurnalistlərə açıqlamasında bu prosesin normal olduğunu və ARDNŞ tərəfindən proqnozlaşdırdığını deyib: “Bununla bağlı dövlət büdcəsinə yenidən baxılması nəzərdə tutulmayıb. Bu proses qısa zaman çərçivəsində baş verir, vəziyyətin necə davam edəcəyini izləyirik”. ARDNŞ prezidenti qeyd edib ki, şirkət “Ümid” yatağının və “Babək” perspektiv strukturunun birgə işlənməsi üçün böyük tərəfdaş şirkətlərlə əməkdaşlıq etmək niyyətindədir. Onun sözlərinə görə, “Babək” və “Ümid” böyük yataqlardır və texnoloji işlənmə, sualtı işlənmə, habelə böyük investisiya tələb olunduğu üçün böyük şirkətlərlə birgə işləmək qərara alınıb: “Babək” yatağı ilə bağlı bir neçə böyük şirkətin istəyi var idi. Seçim etmək üçün biz 12 şirkətin təklifini gözləyirik. Ən yaxşı təklif verən şirkətlə birlikdə artıq “Babək” və “Ümid”i birləşdirib böyük bir işlətmə proqramı həyata keçirəcəyik”. O, əlavə edib ki, bu proqramın reallaşdırılması üçün çox mürəkkəb sualtı işlətmə texnologiyaları lazımdır: “Lakin bu texnologiyalar bizdə yoxdur. Təklifdən asılı olaraq bunu necə edəcəyimizə qərar verəcəyik”.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info