Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Avropa təşkilatları ilə müqavilələr imzalayıb
Tarix: 16.09.2014 | Saat: 16:35:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi çərçivəsində Almaniyanın “Berlin Avropa İnstitutu”, Böyük Britaniyanın “Baxış” təşkilatı və Estoniyanın “Elektron Hökumət Akademiyası” ilə müqavilələrin imzalanması mərasimi keçirilib.
QHT-lərə Dövlət Dəstəyi Şurasından verilən məlumata görə, Şura sədri Azay Quliyev rəhbərlik etdiyi təşkilat haqqında qonaqlara məlumat verərək vətəndaş cəmiyyətinin inkişafı istiqamətində ardıcıl həyata keçirilən dövlət siyasəti barədə danışıb.
A.Quliyev Şuranın xarici QHT-lər üçün qrant proqramı çərçivəsində icra edilən layihələrin Avropa ölkələrinin vətəndaşlarına Azərbaycanın müasir inkişafı haqqında dolğun məlumat çatdırmağa xidmət etdiyini deyib. İmzalanacaq hər üç qrant müqaviləsinin Azərbaycanda elektron hökumət və yaxşı idarəetmə və xüsusilə ASAN xidmətlə bağlı olduğunu deyən Şura sədri layihələrin icrasının uğurlu olacağına inamını ifadə edib. Şura sədri ASAN xidmət mərkəzlərinin yaradılmasının ölkəmizdə korrupsiya ilə mübarizədə mühüm uğur olduğunu bildirib.
“Berlin Avropa İnstitutu”nun sədri Metz Dontfild rəhbərlik etdiyi təşkilat haqqında ümumi məlumat verərək "ASAN xidmət"in unikal təcrübə olduğunu qeyd edib. Təşkilat sədri Azərbaycanın elektron hökumət sahəsində əldə etdiyi uğurlardan alman ictimaiyyətinin məlumatlı olmadığını bildirərək layihə çərçivəsində Almaniyanın bir neçə şəhərində "ASAN xidmət"in fəaliyyəti ilə bağlı seminar və dəyirmi masaların təşkil ediləcəyini deyib. Metz Dontfild eyni zamanda, "ASAN xidmət"lə bağlı ölkəmizdə tədqiqat işi də aparacaqlarını bildirib. Təşkilat sədri layihənin Almaniya ilə Azərbaycan arasında olan uzunmüddətli əməkdaşlığın inkişafına xidmət edəcəyini vurğulayıb.
Estoniyanın “Elektron Hökumət Akademiyası”sədri Orvo Ott hər iki ölkənin elektron hökumət quruculuğu istiqamətində əldə etdiyi nailiyyətlərdən və bu sahədəki inkişafın oxşar xüsusiyyətləri barədə danışıb. Orvo Ott Estoniyanın Şərq Tərəfdaşlığı Proqramına daxil olan ölkələr arasında Azərbaycanla münasibətlərə xüsusi ilə önəm verdiyini deyib. Təşkilat sədri Estoniyada elektron hökumət quruculuğu istiqamətində indiyədək xeyli işin görülməsinə baxmayaraq "ASAN xidmət" səviyyəsində bir institutun yaradıla bilmədiyini deyib.
Böyük Britaniyanın “Baxış” təşkilatının sədri Françesko Qrillo rəhbərlik etdiyi təşkilatın fəaliyyət istiqamətlərindən danışaraq layihə çərçivəsində Azərbaycanda elektron hökumət quruculuğu sahəsində görülən işlərlə bağlı tədqiqat aparılacağını və onun nəticələrinin Avropa mətbuatında yayımlayacaqlarını deyib. O, layihənin icrası prosesi ilə bağlı İtaliya və Böyük Britaniyada, o cümlədən Oksford universitetində nüfuzlu media institutlarının iştirakı ilə konfrans keçirəcəklərini vurğulayıb.
Şura sədri Azay Quliyev layihələrin icrası başa çatdıqdan sonra mövzu haqqında hazırlanacaq hesabatların müxtəlif beynəlxalq təşkilatlara, o cümlədən BMT, ATƏT və Avropa İttifaqı kimi qurumlara göndərilməsinin ölkəmizin bu sahədə əldə etdiyi uğurların tanıtımı baxımından faydalı ola biləcəyini deyib.
Azay Quliyev həyata keçirilən layihələrin və yayımlanacaq hesabatların eyni zamanda, Azərbaycan haqqında birtərəfli və qərəzli məlumatların yayılmasının qarşısını almağa xidmət edəcəyini də vurğulayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info