“Rostselmaş” 2015-ci ildə Azərbaycanda kombayn yığacaq
Tarix: 16.09.2014 | Saat: 16:36:00 | E-mail | Çapa göndər


Rusiyanın “Rostselmaş” kombayn zavodu Azərbaycanın maşınqayırma müəssisələrinin bazasında taxılyığan və yem yığımı kombaynlarının birgə yığım istehsalının təşkili məsələsini öyrənəcək. Bu barədə “Kommersant” qəzeti yazıb.
Bu imkan bazar ertəsi Bakıda imzalanmış Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının 14-cü iclasının protokolunda nəzərdə tutulub.
Komissiya zavoda Rusiyanın Sənaye və Energetika Nazirliyi və Azərbaycanın Kənd Təsərrüfatı, İqtisadiyyat və Sənaye nazirlikləri ilə birlikdə bu məsələni öyrənməyi tapşırıb.
Bundan başqa, Azərbaycanın və Rusiyanın Kənd Təsərrüfatı nazirlikləri aqrar sənaye kompleksləri sahəsində əməkdaşlıq üzrə və kənd təsərrüfatı məhsullarının ixracı məsələləri üzrə işçi qrup yaradacaqlar. Tərəflərə işgüzar dairələri cəlb etməklə Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının çatdırılmasının artırılmasına baxılması və bu prosesə yardım üçün operativ tədbirlər görülməsi tapşırılıb.
“Rostselmaş” ASC-nin iqtisadi məsələlər üzrə direktoru Aleksandr Tokmakov məlumat verib ki, Azərbaycanın maşınqayırma müəssisələrinin bazasında taxılyığan və yem yığımı kombaynlarının birgə yığım istehsalının təşkili məsələsinə bu ilin yayından baxılır. Onun sözlərinə görə, zavod Azərbaycana buraxılan məhsulun bütün nomenklaturasını təqdim edən texnikanın quraşdırılması üçün maşın dəstlərini çatdırmağı planlaşdırır: “Belə təcrübə, misal üçün, artıq Qazaxıstanla mövcuddur”.
Yaxın zamanlarda Azərbaycan tərəfi gələcək birgə müəssisənin meydançasının müəyyən etməlidir.
Tokmakov bildirib: "Ola bilsin ki, bu, bir deyil, bir neçə maşınqayırma zavodu olsun. Bu, perspektivdə lokallaşdırma proqramı çərçivəsində Rusiyadan komplektləşdiricilərin idxalını azaltmaq və Azərbaycanda onların istehsalını qaydaya salmaqdan ötrü lazımdır. İndi biz zavodun tikintisi üçün sənaye meydançası üzrə təklif gözləyirik”.
Onun sözlərinə görə, Azərbaycanda kombaynların yığılması və buraxılışı 2015-ci ilin yayına planlaşdırılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Neftçalada Regional Forum keçirilib
17.01.2019
DGK dövlət büdcəsinə 3,5 milyard manatadək vəsait köçürüb
17.01.2019
Əl çantasında bəyan olunmayan valyuta aşkarlandı
17.01.2019
Azərbaycan təbii qaz ixracını artırıb
17.01.2019
Ötən il Azərbaycandan MDB ölkələrinə 1,2 milyard dollarlıq məhsul ixrac olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info