Səfirdən İspaniya mətbuatında yayılan arzuolunmaz məlumatla bağlı açıqlama
Tarix: 16.09.2014 | Saat: 17:32:00 | E-mail | Çapa göndər


İspaniya mətbuatında yayılan məlumata görə, İspaniyanın Bask vilayəti parlamentinin Avropa və xarici əlaqələr komitəsi qondarma “Dağlıq Qarabağ respublikası”nın öz müqəddəratını təyinetmə haqqını dəstəkləyən qanun layihəsinə düzəlişləri təsdiq edib. Məlumatda bildirilir ki, bu qanun layihəsində beynəlxalq ictimaiyyət, xüsusilə Avropa İttifaqı münaqişə tərəfləri arasında etimad mühitinin yaradılması üçün səmərəli addımların atılmasına çağırılır.
İspan mətbuatı bu məlumatı yayarkən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixinə də nəzər salır. Məlumatda Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu bildirilir, müharibə nəticəsində on minlərlə insanın həyatını itirdiyi, 1994-cü ildə tərəflər arasında atəşkəsin əldə edilməsinə baxmayaraq cəbhə xəttində gərginliyin hələ də davam etdiyi diqqətə çatdırılır.
Yayılmış məlumatla bağlı Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev açıqlama verib. O bildirib ki, rəsmi olaraq belə qətnamə yoxdur. İspaniya Xarici İşlər Nazirliyi də bu məsələ ilə bağlı məlumatsız olduğunu deyib. Belə sənədi qəbul etmək istəyən isə Bask vilayətinin rayonlarından birinin yerli idarəetmə orqanıdır. Qondarma “Dağlıq Qarabağ respublikası”nın “xarici işlər naziri” Karen Mirzoyan ilə keçirilmiş görüşdə Bask vilayətinin Donastiya şəhəri ilə Dağlıq Qarabağın Xankəndi şəhərinin qardaşlaşması barədə bask və erməni dillərində sənəd imzalanıb. Sənədin hər iki tərəf üçün ortaq anlaşılan dildə surətinin olmaması onun qeyri-legitimliyinin göstəricisidir.
Altay Əfəndiyev bu məsələyə tam aydınlıq gətiriləcəyini bildirib. Səfir vurğulayıb ki, bütün hallarda məsələ diqqətdən kənarda qalmayacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı
23.05.2019
ABŞ Konqresində Trans-Xəzər regionu ilə bağlı xüsusi brifinq keçirilib
23.05.2019
Cənubi Karolina ştatının qubernatoru 28 may tarixini Azərabaycan Günü elan edib
22.05.2019
Elmar Məmmədyarov BMT-nin yeni rezident nümayəndəsi ilə görüşüb
22.05.2019
Mətyu Brayzə: Şəxsi təcrübəmdən bilirəm ki, vaxtilə ailəmlə birlikdə yaşadığım Bakı çox təhlükəsiz şəhərdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info