QHT rəhbərləri alman bundestaqında
Tarix: 16.09.2014 | Saat: 18:11:00 | E-mail | Çapa göndər


“Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri Ceyhun Ələkbərov və Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü, Azərbaycan Nümayəndəliyinin rəhbəri Səftər Rəhimli alman parlamentində Sosial Demokratlar Partiyasından olan millət vəkili Şteffen-Klaudio Lemme ilə görüşüblər. Görüş zamanı QHT rəhbərləri Ermənistanın Dağlıq Qarabağ ərazisini işğal etdikdən sonra 1 milyondan artıq məcburi köçkünümüzün öz torpaqlarından didərgin düşməsini, Xocalı soyqırımını törədən insanların hələ də cəzasız qalmasını, soyqırımı qurbanlarının bu günə qədər beynəlxalq hüquq normaları çərçivəsində haqlarının bərpa olunmamasını, münaqişənin həll edilməməsinin Cənubi Qafqaz regionun hərtərəfli inkişafı üçün başlıca maneə olmasını diqqətə çatdırıb, münaqişə ilə bağlı bəzi Avropa dövlətlərinin ikili standartlardan çıxış etdiyini, konfliktin həll olunmasında iştirak edən dövlətlərin tam ədalətli mövqe nümayiş etdirmədiyini vurğulayıblar. Görüşdən məmnun qaldığını bildirən cənab Lemme Almaniyanın da Ermənistan və Azərbaycan arasındakı münaqişənin sülh yolu ilə həll edilməsində və regional sabitliyin təmin olunmasında maraqlı olduğunu, konfliktin həllinin bütün Cənubi Qafqaz regionu üçün geniş imkanlar aça biləcəyini qeyd edib. Maraqlı fikir mübadiləsindən sonra hər iki QHT rəhbəri Cənab Lemme ilə birlikdə Bundestaqın binasını gəziblər. Görüşün sonunda alman millət vəkilinə Azərbaycanın mədəniyyətini, tarixini əks etdirən ingilis dilində kitablar təqdim olunub. Bundan başqa onlar Almaniyanın paytaxtı Berlin şəhərində Almaniya Jurnalistlər Birliyində görüş keçiriblər. Görüşdə Prof.Dr.Verena Renneberg ve Andre Gahlert iştirak edib. Bu görüşdə də bir çox məsələlər müzakirə olunub. Həmçinin bəzi avropalı jurnalistin Azərbaycanla bağlı həqiqətə uyğun olmayan yazılar yazması diqqətə çatdırılıb. Bildirilib ki, qərəzsiz jurnalist həqiqəti yazmalıdır və bunun üçün problemlə yaxından tanış olmalıdır. Azərbaycanın 20 faiz ərazilərinin ermənilər tərəfindən işğal olunması, bunun nəticəsində 1 milyondan artıq vətəndaşımızın qaçqın düşdüyü qeyd olunub. Bütün bunların, həmçinin Azərbaycanda olan müsbət dəyişikliklərin obyektiv işıqlandırılmasının dostluq əlaqələrimizə töhfə verəcəyi önə çəkilib. Bu səbəbdən də Almaniya Jurnalistlər Birliyində təmsil olunan bir çox jurnalistin Azərbaycana səfəri ilə bağlı razılığa gəlinib. Almaniya Jurnalistlər Birliyinə Qarabağın tarixi, mədəniyyəti ilə bağlı ingilis dilində kitablar, Azərbaycanın tarixi və turizm bölgələrini özündə əks etdirən jurnallar hədiyyə edilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Sabahın hava proqnozu açıqlanıb
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info