69 nəfərin kollecə qanunsuz qəbul olunması faktı aşkarlanıb
Tarix: 16.09.2014 | Saat: 18:14:00 | E-mail | Çapa göndər


Lənkəran Dövlət Humanitar Kollecinə qanunsuz tələbə qəbulunun aparılması faktı aşkar edilib. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Lənkəran Dövlət Humanitar Kollecinə qanunsuz tələbə qəbulu ilə əlaqədar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. “Tələbə-Məzun” dövlət elektron sisteminin monitorinqi zamanı 2012-2013 və 2013-2014-cü tədris illəri üzrə keçirilmiş qəbul imtahanlarında iştirak etmiş, lakin keçid balı toplaya bilməyən 69 abituriyentin TQDK-nın bəzi əmrlərinin saxtalaşdırılaraq kollecə qəbul edilməsində şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info