Muxtar respublikada dəmir yol nəqliyyatı qış mövsümünə tam hazırdır
Tarix: 16.09.2014 | Saat: 18:17:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasında dəmir yol nəqliyyatı qış mövsümünə tam hazırdır.
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətindən verilən məlumata görə, Culfa Lokomotiv Deposunda payız-qış mövsümündə istismar olunacaq 5 ədəd elektrovozun və 5 ədəd manevr-magistral teplovozun hərəkət və dartı hissələri müayinə olunaraq onlara baxış keçirilib, cari və depo təmirləri keyfiyyətlə aparılıb. Cari ilin ötən 8 ayı ərzində 124 ədəd müxtəliftipli vaqon, depo cari təmir edilib. Lokomotivlərin və istilik sistemləri ilə təchiz edilmiş sərnişin vaqonlarının mövsümə hazırlığı ilə əlaqədar tələb olunan ehtiyat hissələri və 10,7 ton sürtgü yağı tədarük edilib.
Sərnişinlərin payız-qış mövsümündə rahat gediş-gəlişini təmin etmək məqsədilə 4 ədəd istilik sistemi ilə təchiz olunmuş sərnişin vaqonu mövsümə hazır vəziyyətə gətirilib.
Sərnişin vaqonlarının qızdırılması üçün lazımi qədər daş kömür ehtiyatı yaradılıb, əlavə olaraq 40 ton daş kömürün alınıb gətirilməsi üçün sifariş verilib.
Bundan əlavə, xidməti ərazidə qatarların təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə baş və stansiya yollarının vəziyyəti yoxlanılaraq ehtiyac duyulan sahələrdə köhnə şpallar 292 ədəd təzə ağac şpal və 123 ədəd dəmir-beton şpallarla dəyişdirilib. Eyni zamanda, stansiyalarda 166 ədəd rele, 14 ədəd radiorabitə bloku, 125 metr magistral kabelin dəyişdirilməsi təmin olunub.
Həyata keçirilən tədbirlər payız-qış mövsümündə muxtar respublikada dəmiryol nəqliyyatının vaxtında və təhlükəsiz hərəkətinin təminatına zəmanət verir.

Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info