Ağdaşda məktəblilərə Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub
Tarix: 16.09.2014 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


“Bilik günü” münasibətilə Ağdaş rayonunun Aral-1 kəndində yeni inşa edilən orta məktəb binasının açılışı olub. Rayon icra hakimiyyətinin, təhsil şöbəsinin nümayəndələri bu təhsil ocağının istifadəyə verilməsi münasibətilə kənd sakinlərini, eləcə də bu il ilk dəfə birinci sinfə gedən şagirdləri, müəllimləri təbrik ediblər. Natiqlər ölkədə təhsilin inkişafına göstərilən dövlət qayğısından, əldə olunan uğurlardan danışıb, Heydər Əliyev Fondunun dəstəyi ilə və regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq son illər ərzində Ağdaşda yeni məktəb binalarının tikildiyini, mövcud binaların əsaslı təmir olunduğunu diqqətə çatdırıblar.
Bildirilib ki, 220 şagird yerlik Aral-1 kənd tam orta məktəbi Təhsil Nazirliyinin sifarişi ilə müasir üslubda inşa edilib və lazımi avadanlıqla təmin olunub. Hazırda dövlət vəsaiti hesabına Ağdaşın Tofiqi kəndində 220, Qarağan Şıxlar və Qulbəndə kəndlərində 180, Ərəb Şəkili kəndində isə 80 şagird yerlik məktəb binalarının inşası davam etdirilir.
Tədbirdə müəllimlər, kənd ağsaqqalları çıxış edərək təhsilin inkişafına göstərdiyi qayğıya görə ölkəmizin başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Mərasimdə birinci sinif şagirdlərinə Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
149 667 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info