Azərbaycana külli miqdarda qaçaqmal yükün gətirilməsinin qarşısı alınıb
Tarix: 16.09.2014 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


Azərbaycanın gömrük orqanları tərəfindən ölkəyə Qazaxıstandan külli miqdarda yükün qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən verilən məlumata görə, bu günlərdə Bakı Baş Gömrük İdarəsinin “Bərə keçidi” gömrük postunda Qazaxıstan Respublikasının Aktau limanından Bakı şəhərinə “Ağdam” gəmisi ilə daxil olmuş yüklərə və həmin gəmiyə gömrük baxışı keçirilərkən, gəmidə işləyən bosmana məxsus olan otaqların birindən içərisində müxtəlif spirtli içkilər olan 19 qutu, gəminin 1-ci mərtəbəsində olan tryumdan qəza çıxışının altından içərisində spirtli içkilər olan 12 qutu, gəminin mühərrik olan bölməsinin boru olan hissəsindən içərisində spirtli içkilər olan 1 qutu, gəminin giriş hissəsində sol tərəfdə yerləşən otaqdan 1 ədəd təzə “Beko” markalı aspirator və tranzit gömrük proseduranda Qazaxstan Respublikasından Gürcüstan Respublikasına gedən sisterna vaqonlarının hər birinin təkərlərininüzərində olan boşluqdan gömrük nəzarətindən gizlədilərək gətirilmiş hər birinin içərisində təxminən 15 kq olan 6 kisə fındıq ləpəsi, müxtəlif markalı spirtli içkilər olan qutular və 1 ədəd təzə “Beko” markalı aspirator aşkar olunub.
Ümumilikdə, Bakı Baş Gömrük İdarəsinin əməkdaşları “Ağdam” gəmisindən bəyan olunmayan 6 kisə fındıq ləpəsi yükü, 2 ədəd aspirator və üzərilərində Azərbaycan Respublikasına məxsus aksiz markaları olmayan müxtəlif markalı 231 ədəd şərab, 55 ədəd araq, 16 ədəd likör, 42 ədəd viski yükü aşkar ediblər. Faktla bağlı təhqiqat aparılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info