A.Əlizadə: “Azərbaycanın iştirakı olmadan Qafqazda heç bir böyük layihə həyata keçirilmir”
Tarix: 16.09.2014 | Saat: 18:36:00 | E-mail | Çapa göndər


AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Əsrin müqaviləsi”nin 20 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə AMEA prezidenti Akif Əlizadə, Tarix Muzeyinin direktoru akademik Nailə Vəlixanlı, akademik Vaqif Abbasov, AMEA Rəyasət Heyətinin nümayəndələri və digər şəxslər iştirak edib.
N.Vəlixanlı “Əsrin müqaviləsi”ndən danışaraq deyib ki, bu müqavilə Azərbaycanın həm siyasi, həm də iqtisadi həyatında mühüm rol oynayıb. O, həmçinin "Əsrin müqaviləsi"nin 20 illiyinə həsr olunmuş kitab-kataloqdan söz açıb: “Kataloq Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında qorunan və Azərbaycan neftinin tarixini əks etdirən materiallar əsasında hazırlanıb. 4 tematik bölmədən ibarət olan kataloqda Azərbaycanda neft hasilatı və emalının tarixi barəsində məlumat verilir. Bundan başqa, kataloqda 1000-ə yaxın unikal eksponatlar təqdim olunur. Belə ki, XIX-XX əsrin əvvəllərinə aid nadir tarixi foto şəkillər, texniki qurğu və alətlər, fəhlə geyimləri, sənədlər ölkəmizin neft sənayesinin inkişafını əyani olaraq təsəvvür etməyə imkan verir”. N.Vəlixanlı vurğulayıb ki, Azərbaycanın görkəmli neftçiləri, neft sənayesi ilə bağlı alimlərinin fəaliyyətləri ilə əlaqədar materiallar böyük maraq doğurur: “Neft daşları”, "Əsrin müqaviləsi" kimi böyük layihələrlə bağlı materiallara kataloqda geniş yer ayrılıb. Bu səpkidə kataloq ilk dəfədir ki, işıq üzü görüb. Kataloq Azərbaycan və rus dillərində nəşr olunub. Kataloq “BP Azərbaycan” şirkətinin maliyyə dəstəyi ilə işıq üzü görüb”.
Akademik Vaqif Abbasov isə deyib ki, Milli Azərbaycan Tarixi Muzeyində “Əsrin müqaviləsi”nin 20 illiyinə həsr olunmuş silsilə tədbirlər sırasında “Azərbaycan neft salnaməsi” sərgisi vacib yer tutur: “Sərgi Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında qorunan və Azərbaycan neftinin tarixini əks etdirən materiallar əsasında hazırlanıb. Bu sərgidə 600-dən artıq nadir tarixi foto şəkillər, texniki qurğu və alətlər, sənədlər nümayiş olunur”.
AMEA prezidenti Akif Əlizadə “Əsrin müqaviləsi”nin Azərbaycana qazandırdığı uğurlardan, Azərbaycan elminin inkişafına ARDNŞ-in göstərdiyi diqqət və qayğıdan geniş bəhs edib. O deyib ki, “Əsrin müqaviləsi”nin geopolitik, siyasi və tarixi əhəmiyyəti ilə yanaşı, Azərbaycan dövlətçiliyinin inkişafında böyük rolu olub: “Bu siyasətin uğurla davam etməsi Azərbaycanı regionun aparıcı dövlətinə çevirdi. Artıq ölkəmizin iştirakı olmadan demək olar ki, Qafqazda heç bir böyük layihə həyata keçirilmir və planlaşdırılmır. “Əsrin müqaviləsi"nin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən düzgün neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür”.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info